Mobil versiya
Ulu Öndər Heydər Əliyevə olan ümumxalq sevgisindən yaranmış YAP-ın VII qurultayı Prezident İlham Əliyevin islahatlar siyasətinin davamı olaraq ölkəmizin yeni inkişaf mərhələsinin başlanmasını şərtləndirdi
Tarix: 04-03-2022 | Saat: 18:01
Bölmə:Media | çapa göndər

Ulu Öndər Heydər Əliyevə olan ümumxalq sevgisindən yaranmış YAP-ın VII qurultayı  Prezident İlham Əliyevin islahatlar siyasətinin davamı olaraq ölkəmizin yeni inkişaf mərhələsinin başlanmasını şərtləndirdi

Ulu Öndər Heydər Əliyevə olan ümumxalq sevgisindən yaranmış Yeni Azərbaycan Partiyasınin VII qurultayı Prezident İlham Əliyevin islahatlar siyasətinin davamı olaraq ölkəmizin yeni inkişaf mərhələsinin başlanmasını şərtləndirdi .

Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixdə keçirilmiş VII qurultayında ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələləri qeyd olunmuş və Partiyanın perspektiv xarakterli strateji hədəfləri aşıqlanaraq, xalqa xidməti əsas meyar hesab edən partiyanın tarixində yeni inkişaf mərhələsi başlanmışdır.
Fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyası ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmiş, Ulu Öndər Heydər Əliyevin siyasi irsi inkişafın təməlində duran əsas ideoloji amil olmuşdur. Yarandığı vaxtdan keçən qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası ölkənin xoşbəxt gələcəyinə hesablanmış mütərəqqi tədbirləri ilə daim öndə olmuşdur.

İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Əldə olunan siyasi və iqtisadi müstəqillik sayəsində Azərbaycan hökuməti tərəfindən aparılan effektiv enerji və nəqliyyat siyasəti, habelə humanitar layihələr regionun inkişafına xidmət edir və tərəfdaş ölkələrin sayını durmadan artırır. Bunun nəticəsidir ki ölkəmiz, bütün nailiyyətləri daxili imkanlar hesabına əldə edib və ölkəmizə gələn investisiyalar dayanmadan artır.

Yeni idarəetmə modelini özündə ehtiva edən VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edir.

Prezident İlham Əliyevin islahatlar siyasətinin davamı olaraq 2018-ci il prezident və 2020-ci il parlament seçkilərində, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmışdır. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən edir

Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioriteti olaraq qalır və Prezident seçkilərindən sonra birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyulan ərazi bütövlüyümüzün bərpası uğurla icra olundu. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yaşayan qəhrəmanlarımız vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular və tarixi ədaləti bərpa edərək torpaqlarımızı işğalçılardan azad etdi. Ölkə başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Verdiyi vədlərə sadiq qalan Azərbaycan iqtidarı bütün islahatları ardıclıqla icra edir.
Ölkədə həmrəylik və demokratiya mühitinin qorunması siyasətinin reallaşmasında Yeni Azərbaycan Partiyasının əvəzsiz rolu vardır. Ölkədə reallaşan siyasi dialoq YAP-ın prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq demokratik ənənələrin dərinləşməsi və siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır. Siyasi dialoqun və milli həmrəyliyin təzahürü olaraq Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapmışdır.

Eyni zamanda YAP-ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi ölkənin xarici siyasətinin davamıdır. Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci ildə yeni mərhələyə qədəm qoydu. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında ötən il iyun ayının 2-də imzalanmış əməkdaşlığa dair niyyət protokolu xüsusi əhəmiyyət kəsb edir.
2021-ci il dekabrın 3-də Kiyev şəhərində Yeni Azərbaycan Partiyası ilə Ukraynanın hakim “Xalqın Xidmətçisi” Partiyası arasında da əməkdaşlıq memorandumu imzalanmışdır. Ötən il YAP Çin Kommunist Partiyasının videoformatda təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak etmiş, həmçinin, oktyabrın 29-da iki partiya arasında videoformatda keçirilmiş görüş zamanı əməkdaşlığın yeni perspektivləri müzakirə olunmuşdur. 2021-ci il 29 noyabr – 01 dekabr tarixlərində YAP nümayəndə heyəti Qazaxıstanın müstəqilliyinin 30 illik yubileyinə həsr olunan tədbirdə iştirak etmişdir. Bundan əlavə, YAP-ın Rusiya, Özbəkistan, Tacikistan, Yaponiya, Vyetnam, Laos və Kambocanın da hakim partiyaları ilə əlaqələri mövcuddur. YAP Asiya regionunda 350-dən artıq siyasi partiyanı əhatə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin üzvü kimi qurumun tədbirlərində fəal iştirak edir, həmçinin, dünyanın 100-ə yaxın siyasi partiyasını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) müşahidəçi üzvü olaraq fəaliyyətini davam etdirir.

Bir sözlə, Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş yeni Nizamnamə, müasir dövrün bütün tələb və çağırışlarına cavab verir və yeni qəbul olunmuş Proqram demokratik dəyərlərə və milli maraqlara əsaslanan, habelə müasir yanaşma və metodları özündə ehtiva edən siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətlərini əhatə edən Proqramdır.

Effektiv nəticələrin əldə olunması naminə ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyasının əsas hədəfləri müəyyən olunmuş, Proqramda Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış, siyasi, iqtisadi, mədəni və ictimai münasibətlərin bütün digər sahələrini əhatə edən milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsi əsas vəzifə olaraq qarşıya qoyulmuşdur.

Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025