Ukrayna danışıqlara hazır olduğunu bəyan edib
Tarix: 16-07-2025 | Saat: 21:43
Bölmə:Özəl | çapa göndər

Ukrayna birbaşa danışıqların üçüncü raunduna hazırdır. RBK xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbıqa deyib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Federasiyası bütün tərəfləri Kiyevə təzyiq göstərməyə çağırır ki, onun Moskva ilə birbaşa danışıqlarının yeni mərhələsi baş tutsun.
"Biz istənilən formatda və istənilən coğrafiyada belə danışıqlara hazırıq", - Sıbiqa Polşaya səfəri zamanı bunu şərh edib.
O, həmçinin Vladimir Zelenskinin dövlət başçılarının görüşünə çağırışını təkrarlayıb. Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, belə bir görüş atəşkəs razılaşmasının əldə edilməsi istiqamətində ən effektiv addım ola bilər. Eyni zamanda, ideal ssenaridə ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan da iştirak etməlidir, Sıbiqa qeyd edib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-07-2025