Türk Dövlətləri Gənclər və Könüllülər Şəbəkəsi: Birlikdə Güclü, Birlikdə Fəal -Fotolar
Tarix: 16-07-2025 | Saat: 16:06
Bölmə:Gündəm / Özəl | çapa göndər

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin humanitar qurumları arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində və könüllülük institutunun inkişafı məqsədilə daha bir mühüm təşəbbüs irəli sürülüb. “Gənclər və Könüllülər Şəbəkəsi” adlı bu platforma, Türk Dövlətləri arasında həmrəyliyin, mədəni yaxınlığın və humanitar sahədə birgə fəaliyyətlərin möhkəmləndirilməsi məqsədilə yaradılıb.
aia.az xəbər verir ki, layihənin əsas məqsədi Türk dünyasına mənsub milli cəmiyyətlər – o cümlədən, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Türk Kızılayı və digər üzv dövlətlərin humanitar təşkilatlarının könüllü və gənclərinin ortaq fəaliyyətini təmin etməkdir. Gənclər arasında qarşılıqlı təcrübə mübadiləsi, birgə təlimlər, sosial layihələr və fövqəladə hallara hazırlıq və cavabvermə bu şəbəkənin əsas istiqamətlərindəndir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Türk Kızılayının birgə təşəbbüsü ilə baş tutan tədbirdə giriş nitqini Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə açaraq gənclər şəbəkəsindən olan gözləntilərini bütün iştirakçılara çatdırmışdır. Tədbirdə Türk Kızılayının nümayəndə heyəti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbər heyəti və əməkdaşları iştirak etmişlər. Həmçinin görüş dialoq formatında davam etdirərək, qarşılıqlı fikir mübadiləsi və təşəbbüslərin paylaşılması ilə zəngin keçirilmişdir.
Bu təşəbbüs Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Türk Kızılayının birgə çağırışları ilə rəsmi olaraq təqdim olunub. Hər iki təşkilat könüllülüyün gücünü ortaq dəyərlər ətrafında birləşdirməyə çağırış edib. Görüş zamanı vurğulanıb ki, gənclər bu platformada yalnız iştirakçı deyil, həm də təşəbbüskar və lider rolunu oynamalıdırlar.
Tədbirdə çıxış edən Türk Kızılayı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri bu təşəbbüsün gələcəkdə Türk Dövlətləri üçün ortaq dəyərə çevriləcəyini vurğulayıb. Bildirilib ki, könüllülük yalnız yardım fəaliyyəti deyil, eyni zamanda xalqlar arasında körpü rolunu oynayan bir dəyərdir.
Tədbirə həmçinin onlayn platformalar üzərindən onlarla könüllü qoşulub. Onlar da fəal şəkildə diskussiyalara qatılıb, öz fikirlərini, baxış bucaqlarını və gələcəyə dair çağırışlarını səsləndiriblər. Təkliflər əsasən, Türk dünyasında humanitar əməkdaşlığın dərinləşdirilməsi, təlim və təcrübə mübadilələri və ortaq sosial layihələrin həyata keçirilməsi istiqamətində olub.
Yeni yaradılan “Gənclər və Könüllülər Şəbəkəsi” gələcəkdə Türk dünyasında humanitar əməkdaşlığın mühüm dayaqlarından birinə çevrilmək niyyətindədir.
Görüşdən sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Türk Kızılayının nümayəndələri arasında ikitərəfli görüş keçirilmişdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-07-2025