ABŞ prezidenti Tramp: Qəzza ilə bağlı yaxşı xəbərimiz var
Tarix: 17-07-2025 | Saat: 10:48
Bölmə:Özəl | çapa göndər

ABŞ prezidenti Donald Tramp Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşdən əvvəl “Qəzza ilə bağlı yaxşı xəbərlərimiz var” deyib. Tramp Qətərin paytaxtı Dohada Qəzzada atəşkəslə bağlı danışıqların davam etdiyi bir vaxtda dünən Ağ Evdə keçirilən imzalanma mərasimində danışıb.
Tramp Yaxın Şərq üzrə Xüsusi Nümayəndə Steve Witkoff-a təşəkkür edərkən, "Qəzza ilə bağlı yaxşı xəbərlərimiz var və üzərində işlədiyimiz bir neçə çox yüksək səviyyəli mövzuda yaxşı xəbərimiz var" dedi.
Məsələ ilə bağlı geniş açıqlama verməyən Tramp, imzalanma mərasimindən sonra Ağ Evdə Əl Tani ilə bağlı qapılar arxasında görüş keçirib.
Qəzzada atəşkəslə bağlı danışıqlar
ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtlərini qəbul etdiyini açıqlayıb və təklifi atəşkəs danışıqlarında vasitəçilik edən Qətər və Misir tərəfindən Həmas-a təqdim edilib.
Həmas Qəzzada İsraillə atəşkəs və məhbus mübadiləsi razılaşması təklifinə verdiyi "müsbət cavabını" vasitəçilərə çatdırıb və atəşkəsin həyata keçirilməsi üçün danışıqlara hazır olduğunu bəyan edib.
Təl-Əviv hökuməti HƏMAS-ın Qətərin Qəzzada atəşkəslə bağlı təklifinə düzəlişinin qəbuledilməz olduğunu müdafiə edib. Lakin İsrail nümayəndə heyəti danışıqlar üçün Qətərin paytaxtı Dohaya yollanıb.
Qeyd olunub ki, Dohada davam edən danışıqlarda fikir ayrılıqları böyük ölçüdə həll edilib, lakin İsrailin Rəfah şəhəri və Qəzza zolağının cənubundakı Rəfah və Xan Yunis şəhərlərini ayıran Moraq dəhlizinin işğalını davam etdirməkdə israrlı olmasının öhdəsindən gəlmək mümkün olmayıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-07-2025