Mobil versiya
Suriya müharibəyə hazır olduğunu bəyan edib
Tarix: 17-07-2025 | Saat: 09:50
Bölmə:Özəl | çapa göndər

Suriya müharibəyə hazır olduğunu bəyan edib
Suriya müharibədən qorxmur və təhlükə yaranarsa, döyüşməyə hazırdır.
Bunu respublikanın keçid dövrünün prezidenti Əhməd əl-Şaraa deyib, onun sözlərini Reuters agentliyi sitat gətirir.

"Biz müharibədən qorxanlar deyilik. Biz həyatımızı çətinliklərin öhdəsindən gəlməyə və xalqımızı qorumağa həsr etmişik və Suriya xalqının maraqlarını xaos və dağıntıdan üstün tutmuşuq. Suriya xalqı ləyaqətinə təhlükə yaranarsa, döyüşməyə hazırdır", - dövlət başçısı vurğulayıb.
Həmçinin, əş-Şaraa druzlara müraciət edərək bildirib ki, onların müdafiəsi Suriya hakimiyyəti üçün prioritetdir. O əlavə edib ki, Dəməşq “druzları xarici qüvvələrin əlinə çəkmək cəhdlərini” rədd edir.


İyulun 16-da İsrail Müdafiə Qüvvələri (IDF) Suriyanın Dəməşqdəki Baş Qərargah kompleksinə hücum barədə məlumat verib. Daha sonra İsrail qüvvələri Suriya prezidentinin sarayına da zərbələr endirib.

Daha sonra Suriya hakimiyyəti silahlı druz qrupları ilə Suriyanın cənubunda hərbi əməliyyatlara son qoymaq üçün razılığa gəlib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-07-2025