Mobil versiya
İpoteka qaydalarında dəyişiklik edildi - FƏRMAN
Tarix: 16-07-2025 | Saat: 16:39
Bölmə:Manşet / Siyasət | çapa göndər

İpoteka qaydalarında dəyişiklik edildi -

“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na dəyişiklik edilib.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti fərman imzalayıb.

Dəyişikliyə əsasən, 3.1.8-ci yarımbəndə “faizindən” sözündən sonra “(Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahəsinin qiymətinin 90 faizindən)” sözləri əlavə olunub.

3.1.10-cu yarımbəndin birinci cümləsinə “faizindən” sözündən sonra “(Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahəsinin alınması məqsədilə verilən kredit məbləği üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 75 faizindən)” sözləri əlavə edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-07-2025