Mobil versiya
AFFA çempiona kubok əvəzinə şar verilməsinə aydınlıq gətirdi
Tarix: 23-02-2022 | Saat: 14:36
Bölmə:İdman | çapa göndər

AFFA çempiona kubok əvəzinə şar verilməsinə aydınlıq gətirdi

AFFA-nın təşkilatçılığı ilə Şamaxı şəhərində məktəblilər arasında keçirilən mini-futbol turnirində mükafatlandırılma mərasimində federasiyanın qalib komandaya təqdim etdiyi hədiyyələr müzakirələrə səbəb olub.

Bununla bağlı AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla AİA.-A açıqlama verib.

O bildirib ki, turnir təşkil olunarkən qaliblərə mükafat və kubok verilməsi nəzərdə tutulmayıb. "Bu rəsmi turnir və liqa deyil. Birinci yeri tutan komandaya da helium şarını fərqləndirmək üçün veriblər", - F.Abdulla deyib.

Qeyd edək ki, AFFA-nın təşkilatçılığı ilə Şamaxı şəhərində yerləşən məktəblərdə təhsil alan 11-12 yaşlı uşaqlar arasında keçirilən mini-futbol turnirinin qalibinə 1 rəqəmi olan helium şarı təqdim edilib. Kuboku əvəz edən şarı qalib komandaya Azərbaycan yığmasının sabiq üzvü, tanınmış futbolçu Vəli Qasımov verib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024