21 il evdar qadın oldu, indi isə 88 nömrəli avtobusu sürür – MÜSAHİBƏ
Tarix: 06-11-2026 | Saat: 15:22
Bölmə:Ölkə | çapa göndər

Bakıda avtobus sükanı arxasında əsasən kişiləri görməyə alışmışıq. Səhərdən axşama qədər şəhərin sıx yollarında hərəkət etmək, yüzlərlə sərnişinin təhlükəsizliyinə cavabdeh olmaq, tıxaclarla mübarizə aparmaq və bəzən də narazı sərnişinləri razı salmaq. Bu işin öhdəsindən gəlmək heç də asan deyil. Amma məlum olur ki, avtobus sürücülüyü təkcə kişilərin bacara biləcəyi peşə deyil.
Paytaxtda avtobus idarə edən qadın sürücülərin sayı cəmi üçdür. Onlardan biri də 88 nömrəli marşrut xəttində çalışan Leyla Məmmədovadır. O, 21 il evdar xanım olduqdan sonra əvvəlcə taksi sürücülüyünə başlayıb, daha sonra isə avtobus sükanı arxasına keçmək qərarına gəlib.
Bəs bir qadını bu qədər məsuliyyətli və fiziki baxımdan çətin hesab edilən peşəyə yönəldən nə olub? İlk dəfə böyük sərnişin avtobusunu idarə edərkən hansı hissləri yaşayıb? Sərnişinlərin münasibəti necədir? Kişi həmkarları onu necə qarşılayıb?
Bu suallara cavab tapmaq üçün 88 nömrəli avtobusun dayanacağına yollandıq. Leyla xanımla elə iş başında söhbətləşdik. Onun hekayəsi isə bir daha göstərdi ki, insanın qarşısında məqsəd varsa, yaşın, cinsin və əvvəlki həyat təcrübəsinin heç bir əhəmiyyəti yoxdur.
– Əvvəlcə özünüzü oxucularımıza təqdim edərdiniz. Təhsiliniz, əvvəlki fəaliyyətiniz barədə məlumat verərdiniz.
– Bakıda anadan olmuşam. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində texnoloji maşınlar və avadanlıqlar ixtisası üzrə təhsil almışam. Ancaq universitetin dördüncü kursunda ailə həyatı qurduğum üçün işləmədim. Beləliklə, 21 il evdar xanım oldum. Lakin həyat elə gətirdi ki, həyat yoldaşım xəstələndi və işləmək onun üçün çətinləşdi. Bundan sonra qərara gəldim ki, taksi sürücüsü olum. Həm də öz qazancımın olmasını, maddi baxımdan müstəqil olmağı istəyirdim. İmtahan verdim, sertifikat aldım və “Bolt” şirkəti ilə əməkdaşlıq çərçivəsində taksi sürücülüyünə başladım. Yeddi ay bu sahədə çalışdım. Onu da deyim ki, bundan əvvəl də 12 il avtomobil idarə etmişdim.
Bir müddət sonra AYNA-nın əməkdaşı mənimlə əlaqə saxladı. Bildirdi ki, avtobus sürücüləri üçün belə bir fürsət var və bu sahədə işləmək istəyib-istəmədiyimi soruşdu. Təklif mənə çox maraqlı gəldi. Üç ay ərzində hər gün taksi sürücüsü kimi işləməklə yanaşı, beş saatlıq təlimlərdə iştirak etdim. Daha sonra D kateqoriyası almaq üçün imtahana girdim. İlk imtahan mənim üçün çətin oldu və keçə bilmədim. Başa düşdüm ki, daha ciddi hazırlaşmalıyam.
İlk imtahana mənimlə birlikdə səkkiz qadın da gəlmişdi. İmtahandan keçə bilməyəndən sonra onların bəziləri həvəsdən düşdü, bu işin çətin olduğunu deyərək davam etmək istəmədi. Mən isə qərarlı idim. Öz-özümə dedim ki, yox, bir daha sınayacağam və mütləq bu imtahandan keçəcəyəm. 45 gün Rza müəllim məni imtahana hazırladı. Beləliklə, ikinci dəfə imtahana girdim. Bizə 15 dəqiqə vaxt verilmişdi, amma mən cəmi üç dəqiqəyə sualları cavablandırıb imtahandan çıxdım.
– İlk dəfə avtobusun sükanı arxasına keçəndə hansı hissləri keçirdiniz?
– Avtobusu ilk dəfə sürəndə anladım ki, mən bu işdən ayrı qala bilmərəm. Möhtəşəm hisslərdir! Sanki küləyin üzərində uçursan. Halbuki ilk gün təlimə gələndə öz-özümə demişdim ki, yox, sabahdan bir də gəlməyəcəyəm. Amma sonradan fikrim dəyişdi. Dedim ki, yox, mən avtobussuz qala bilmərəm.
– Artıq neçə aydır “BakuBus”da sürücü kimi çalışırsınız?
– Üç aydır. Məni 88 nömrəli avtobusun sürücülərindən biri təyin etdilər. İlk dəfə xəttə çıxanda heç bir həyəcan keçirmədim. Özümə çox güvənirdim. Çünki arzum gerçəkləşmişdi və buna görə çox sevinirdim.
– Ailəniz bu qərarınızı necə qarşıladı?
– Bir qız övladım var, 22 yaşı var. Mənimlə fəxr edir. Həyat yoldaşım isə ilk vaxtlar bu işi bacaracağıma inanmırdı. Düşünürdülər ki, alınmayacaq. İndi isə münasibət tamamilə dəyişib. Heç kim gözləmirdi ki, mən bunu bacararam. Çünki avtobus idarə etmək böyük məsuliyyət tələb edir. Gün ərzində 800-1000 nəfər sərnişin daşıyırsan. Hər bir incə detalı bilməli, daim diqqətli olmalısan. Bacılarım deyirlər ki, sən bunu da bacardın. 75 yaşlı anam isə hərdən zarafatla söyləyir ki, cavan olsaydım, mən də gedib avtobus sürücüsü işləyərdim.
– Bakıda avtobus sürücüsü olan qadınların sayı çox azdır. Sizcə, bunun səbəbi nədir? Bu peşə həqiqətən çətindir?
– Əslində, çətin deyil. Sadəcə, bizdə belə bir düşüncə formalaşıb ki, bu peşə kişilər üçündür. Amma belə deyil. Necə ki, həm qadın, həm də kişi aşpaz ola bilir, eləcə də hər ikisi sürücü işləyə bilər. Sadəcə, öyrəşmişik ki, avtobusun sükanı arxasında mütləq kişi olmalıdır. Kişi həmkarlarım da ilk vaxtlar mənə bir az təəccüblə baxırdılar. Düşünürdülər ki, qadındır, görəsən, bacaracaqmı? İndi isə əksinə, mənə böyük hörmətlə yanaşırlar.
– Bakıda tez-tez avtobus sürücüləri ilə sərnişinlər arasında mübahisələrin, hətta əlbəyaxa davaların şahidi oluruq. Bəzən sürücülər sərnişinlərin davranışına etiraz olaraq avtobusu idarə etməkdən belə imtina edirlər. Siz belə hallarla qarşılaşırsınızmı?
– İndiyə qədər belə ciddi halla qarşılaşmamışam. Nadir hallarda iki-üç sərnişin avtobusa minən kimi narazılıq edib. Amma mən heç bir söz deməmişəm. İnsandır, bəzən əhvalı olmur, mübahisə etmək istəyir. Mən isə buna şərait yaratmamışam.
Qazilərimiz də avtobusa minəndə yaxınlaşıb xoş sözlər deyirlər. Məni mərd xanım adlandırır, bu işi gördüyüm üçün təqdir edirlər. Qadın sərnişinlər də həmişə xoş sözlər söyləyirlər. Hətta işə yeni başladığım vaxtlarda bir dəfə dayanacaqda məni alqışlamışdılar. Daimi sərnişinlərimiz var, bəzilərini artıq tanıyıram. Qazilər avtobusa minəndə nəqliyyat vasitəsini mümkün qədər sağa yaxınlaşdırıram ki, onların minməsi rahat olsun.
Avtobus sürücülüyünün üstünlüklərindən biri də odur ki, öz zolağın var və bu, səni tıxacdan müəyyən qədər qoruyur. Şəxsi avtomobillə hərəkət edəndə isə saatlarla tıxacda qala bilərsən.
– Sizcə, hansı daha çətindir: avtobus, yoxsa taksi sürücülüyü?
– Bu, insanın xarakterindən və iş rejiminə münasibətindən asılıdır. Elə insanlar var ki, sərbəst qrafiki sevirlər. İstədikləri vaxt işə başlayır, istədikləri vaxt dincəlirlər. Belə insanlar üçün taksi sürücülüyü daha əlverişlidir. Mən isə nizam-intizamı sevirəm. Müəyyən edilmiş rejimdə işləmək mənim üçün daha rahatdır. Bu baxımdan avtobus sürücülüyü mənə uyğundur.
Bir məqamı da qeyd edim ki, avtobus sürücüsüsənsə, qar, yağış olmasına baxmayaraq, işə çıxır və maaşını alırsan. Taksi sürücülüyündə isə bu, bir qədər çətindir. Xüsusilə qar yağanda avtomobil idarə etmək və sifarişlər üzrə işləmək çətinləşir.
– İş qrafikiniz necədir?
– Bizdə iki növbəli iş rejimi var. Mən səhər növbəsində çalışıram. Tez yuxudan durmaq mənim üçün problem deyil. Gecə saat 3:30-da oyanıb hazırlaşıram. Saat 4-də servis məni qaraja aparmaq üçün gəlir. Saat 5-də artıq qarajda oluram, avtobusu götürürəm. Saat 6 tamamda dayanacağa çatıb xəttə çıxıram.
İşim günorta saat 2-də bitir. İkinci növbə isə həmin vaxt başlayır. Gündə səkkiz saat işləyirik. Saat 2-dən sonra şəxsi işlərimlə məşğul oluram. Axşam saat 7-də isə artıq yatmağa çalışıram ki, səhər tezdən rahat oyanım.
– Bu səkkiz saat ərzində fasilə imkanınız olurmu?
– Bəli, müəyyən intervallarımız olur. 8-10, bəzən də 15 dəqiqə vaxtımız olur. Bu müddətdə çay içir, nəsə yeyirik. Təbii ki, bunlar avtobusda baş verir. Mən demək olar ki, hər dayanacaqda çay içirəm.
– Sürücü kimi sərnişinlərdən hansı məsələlərdə anlayış göstərmələrini istəyərdiniz?
– Bəzən sərnişinlər avtobusun arxasınca qaçır, onu döyəcləyirlər ki, sürücü saxlasın. Halbuki avtobusun müəyyən hərəkət qrafiki var və həmin vaxtda yola düşməlidir. Sərnişinlər ya vaxtında dayanacaqda olmalı, ya da növbəti avtobusu bir neçə dəqiqə gözləməlidirlər. Çünki avtobuslar arasında interval təxminən dörd dəqiqədir. İnsanlar çox vaxt özlərini təhlükəyə atırlar. Uşaqlarla birlikdə qəfil avtobusun qarşısına çıxır, yolu tələsik keçirlər. Bununla həm özlərini, həm də bizi təhlükə qarşısında qoyurlar. Telefona baxa-baxa yolu keçmək olmaz.
Şükürlər olsun ki, indiyədək qəza vəziyyəti ilə üzləşməmişəm. Minik avtomobilləri də bəzən qəfil qarşımıza çıxırlar. Ona görə həmişə ehtiyatla sürürəm. Düşünürəm ki, birdən hansısa sürücü soldan sağa qəfil dönər və ya gözlənilməz manevr edər.
– Sərnişinlərin hansı davranışı sizi narahat edir?
– Sərnişinlər də anlayışlı olmalıdırlar. Tutaq ki, sürücü iki dəqiqə gecikib. Bunu da anlayışla qarşılamaq lazımdır. Sürücülər sərnişinlərə hörmət edirlərsə, sərnişinlər də eyni münasibəti göstərməlidirlər. Əsas odur ki, bir-birimizi başa düşək. Həyat onsuz da çətindir.
Doğrudur, indiyədək heç bir sərnişin mənə kobud söz deməyib. Bir dəfə bir oğlan sərnişin mənə yaxınlaşıb dedi: “Sən niyə belə gec gəldin?” Mən də bildirdim ki, mənə “sən” yox, “siz” deyə müraciət etsin. O da dərhal “Baş üstə, üzrlü bilin” dedi. Mən ona kobud cavab versəydim, bəlkə də aqressivləşərdi. Ona görə düşünürəm ki, belə vəziyyətlərdə sakitliyi qorumaq lazımdır.
– Qadın avtobus sürücülərinin sayının artmasını istərdinizmi?
– Əlbəttə! İstərdim ki, xanım həmkarlarımın sayı çoxalsın. Beləliklə, bu sahədə tək də qalmaram. Amma bir şərtim var: bu peşəni seçənlər yol hərəkəti qaydalarını və sürücülüyün bütün incəliklərini ciddi şəkildə öyrənməlidirlər. Rəhbərliyimiz də işləmək üçün hər cür şərait yaradıb. Qadınlar rahatlıqla gəlib bu sahədə çalışa bilərlər.
– Ailə üzvləriniz də idarə etdiyiniz avtobusa minirlərmi?
– Qızımı hər gün işə aparıram. O, Bayılda işləyir. Qarajdan çıxanda ona zəng edirəm, o da dayanacaqda dayanıb məni gözləyir.
Həmsöhbətimiz işindən razılıq edir. Deyir ki, avtobus sürücülüyünü o qədər sevir ki, gələcəkdə pensiyaya da məhz bu peşədən çıxmağı arzulayır. 21 il evdar xanım olduqdan sonra yeni bir həyata başlayan Leyla Məmmədova üçün avtobus sükanı sadəcə iş yeri deyil, həm də gerçəkləşən bir arzudur.
Şahanə Rəhimli
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-11-2026