Mobil versiya
Kreml: "Rusiya və Çin liderlərinin görüşü fövqəladə dərəcədə vacibdir"
Tarix: 14-12-2021 | Saat: 14:05
Bölmə:Dünya | çapa göndər

Kreml: "Rusiya və Çin liderlərinin görüşü fövqəladə dərəcədə vacibdir"

“Rusiya Prezidenti Vladimir Putinlə Çin sədri Si Szinpin arasında videoformatda keçiriləcək sammit son dərəcədə vacibdir”.

“AİA.Az” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, Rusiya və Çin beynəlxalq problemlər üzrə müttəfiqdir: “Görüşdə NATO və ABŞ-ın təcavüzkar ritorikası fonunda beynəlxalq məsələlər, habelə energetika sahəsinə dair problemlərin müzakirə olunacağı gözlənilir”.

Qeyd edək ki, V.Putinlə S.Szinpinin onlayın görüşü dekabrın 15-də keçiriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə