Ana Sayfa > Dünya > Kreml: "Rusiya və Çin liderlərinin görüşü fövqəladə dərəcədə vacibdir"
Kreml: "Rusiya və Çin liderlərinin görüşü fövqəladə dərəcədə vacibdir"14-12-2021, 14:05. Yazar: sevinc1 |
“Rusiya Prezidenti Vladimir Putinlə Çin sədri Si Szinpin arasında videoformatda keçiriləcək sammit son dərəcədə vacibdir”. “AİA.Az” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib ki, Rusiya və Çin beynəlxalq problemlər üzrə müttəfiqdir: “Görüşdə NATO və ABŞ-ın təcavüzkar ritorikası fonunda beynəlxalq məsələlər, habelə energetika sahəsinə dair problemlərin müzakirə olunacağı gözlənilir”. Qeyd edək ki, V.Putinlə S.Szinpinin onlayın görüşü dekabrın 15-də keçiriləcək. Geri dön |