Mobil versiya
Bayden 1,2 trilyon dollarlıq infrastrukturun inkişafı planını imzalayıb
Tarix: 16-11-2021 | Saat: 08:58
Bölmə:Dünya | çapa göndər

Bayden 1,2 trilyon dollarlıq infrastrukturun inkişafı planını imzalayıb

ABŞ Prezidenti Cozef Bayden ölkə infrastrukturunun inkişafına 1 trilyon dollardan çox vəsaitin ayrılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.

C.Baydenin qanun layihəsini imzalaması Ağ Evin rəsmi saytında canlı yayımlanıb.

Xatırladaq ki, sözügedən plan avqust ayında Senat, bu ayın əvvəlində isə Konqresin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib.

Qeyd edək ki, infrastrukturun inkişafı planı iqtisadiyyatın müxtəlif sahələrinə ümumilikdə 1,2 trilyon dolların ayrılmasını nəzərdə tutur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə