Ana Sayfa > Dünya > Bayden 1,2 trilyon dollarlıq infrastrukturun inkişafı planını imzalayıb
Bayden 1,2 trilyon dollarlıq infrastrukturun inkişafı planını imzalayıb16-11-2021, 08:58. Yazar: sevinc1 |
ABŞ Prezidenti Cozef Bayden ölkə infrastrukturunun inkişafına 1 trilyon dollardan çox vəsaitin ayrılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb. C.Baydenin qanun layihəsini imzalaması Ağ Evin rəsmi saytında canlı yayımlanıb. Xatırladaq ki, sözügedən plan avqust ayında Senat, bu ayın əvvəlində isə Konqresin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Qeyd edək ki, infrastrukturun inkişafı planı iqtisadiyyatın müxtəlif sahələrinə ümumilikdə 1,2 trilyon dolların ayrılmasını nəzərdə tutur. aia.az Geri dön |