Gürcüstanın baş naziri: “Azərbaycanla Ermənistan arasında etimadın bərpasına töhfə vermək istəyirik”
Tarix: 29-09-2021 | Saat: 10:17
Bölmə:Karusel / Dünya | çapa göndər
“Gürcüstan Azərbaycan və Ermənistan arasında etimadın bərpası prosesinə töhfə vermək istəyir”.
Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində deyib.
O bildirib ki, son 30 ildə ilk dəfə olaraq Gürcüstanın vasitəçiliyi, amerikalı tərəfdaşlar və dostların iştirakı ilə uğurlu presedent yaradılıb: “Gürcüstan dost və qardaş qonşu ölkələr arasında vasitəçi kimi çıxış etdi, bu, uğurlu əməkdaşlıq və vasitəçilik nümunəsi oldu”.
İ.Qaribaşvili bu faktın ABŞ və Avropa İttifaqı tərəfindən təqdir olunduğunu qeyd edib: “Mən istəyirəm ki, Gürcüstan bir neçə ay bundan əvvəl iki ölkə arasında başlanılan etimadın bərpası prosesinə kiçik də olsa faydalı töhfə versin. Bu istiqamətdə səylərimi əsirgəməyəcəm”.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025