Ana Sayfa > Karusel / Dünya > Gürcüstanın baş naziri: “Azərbaycanla Ermənistan arasında etimadın bərpasına töhfə vermək istəyirik”
Gürcüstanın baş naziri: “Azərbaycanla Ermənistan arasında etimadın bərpasına töhfə vermək istəyirik”29-09-2021, 10:17. Yazar: sevinc1 |
“Gürcüstan Azərbaycan və Ermənistan arasında etimadın bərpası prosesinə töhfə vermək istəyir”. Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində deyib. O bildirib ki, son 30 ildə ilk dəfə olaraq Gürcüstanın vasitəçiliyi, amerikalı tərəfdaşlar və dostların iştirakı ilə uğurlu presedent yaradılıb: “Gürcüstan dost və qardaş qonşu ölkələr arasında vasitəçi kimi çıxış etdi, bu, uğurlu əməkdaşlıq və vasitəçilik nümunəsi oldu”. İ.Qaribaşvili bu faktın ABŞ və Avropa İttifaqı tərəfindən təqdir olunduğunu qeyd edib: “Mən istəyirəm ki, Gürcüstan bir neçə ay bundan əvvəl iki ölkə arasında başlanılan etimadın bərpası prosesinə kiçik də olsa faydalı töhfə versin. Bu istiqamətdə səylərimi əsirgəməyəcəm”. AİA.Az Geri dön |