Mobil versiya
ABŞ Haiti prezidentinə hücum edən hərbçiləri hazırladığını təsdiqlədi
Tarix: 16-07-2021 | Saat: 09:51
Bölmə:Dünya | çapa göndər

ABŞ Haiti prezidentinə hücum edən hərbçiləri hazırladığını təsdiqlədi

Haiti prezidenti Jovenel Moizin qətlində iştirak edən Kolumbiyalı hərbçılərin bir hissəsi daha əvvəl ABŞ silahlı qüvvələri tərəfindən hazırlanıblar.

Trend TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Müdafiə nazirliyi təsdiqləyib.

"Xarici hərbi təlimlərə dair məlumat bazalarımızın araşdırılması göstərir ki, mövcud istintaq çərçivəsində saxlanılan bir neçə Kolumbiya vətəndaşı ölkələrinin Silahlı Qüvvələrində həqiqi xidmətdə olarkən ABŞ-ın təlim proqramlarında iştirak ediblər", - Pentaqonun rəsmi nümayəndəsi polkovnik Ken Hoffman deyib.

Onun sözlərinə görə, ABŞ Müdafiə nazirliyi araşdırmaları davam etdirir.

Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz iyulun 7-nə keçən gecə öz iqamətgahında öldürülüb. Qətllə əlaqədar 18 kolumbiyalı və iki haitili məşəli amerikalı olmaqla 23 nəfər həbs edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024