Ana Sayfa > Dünya > ABŞ Haiti prezidentinə hücum edən hərbçiləri hazırladığını təsdiqlədi
ABŞ Haiti prezidentinə hücum edən hərbçiləri hazırladığını təsdiqlədi16-07-2021, 09:51. Yazar: sevinc1 |
Haiti prezidenti Jovenel Moizin qətlində iştirak edən Kolumbiyalı hərbçılərin bir hissəsi daha əvvəl ABŞ silahlı qüvvələri tərəfindən hazırlanıblar. Trend TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Müdafiə nazirliyi təsdiqləyib. "Xarici hərbi təlimlərə dair məlumat bazalarımızın araşdırılması göstərir ki, mövcud istintaq çərçivəsində saxlanılan bir neçə Kolumbiya vətəndaşı ölkələrinin Silahlı Qüvvələrində həqiqi xidmətdə olarkən ABŞ-ın təlim proqramlarında iştirak ediblər", - Pentaqonun rəsmi nümayəndəsi polkovnik Ken Hoffman deyib. Onun sözlərinə görə, ABŞ Müdafiə nazirliyi araşdırmaları davam etdirir. Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz iyulun 7-nə keçən gecə öz iqamətgahında öldürülüb. Qətllə əlaqədar 18 kolumbiyalı və iki haitili məşəli amerikalı olmaqla 23 nəfər həbs edilib. aia.az Geri dön |