Mobil versiya
Türkiyə dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracını artırır
Tarix: 09-07-2021 | Saat: 15:08
Bölmə:Dünya | çapa göndər

Türkiyə dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracını artırır

2021-ci ilin yanvar-iyun aylarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 45,5 faiz artaraq 1,341 milyard dollara bərabər olub.

Bu barədə aia.az-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

İyun ayında Türkiyə 221,791 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2020-ci ilin iyunu ilə müqayisədə 32,6 faiz çoxdur.

Son 12 ay ərzində (iyun 2020-iyun 2021) Türkiyə 2,698 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə