Ana Sayfa > Dünya > Türkiyə dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracını artırır
Türkiyə dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracını artırır9-07-2021, 15:08. Yazar: sevinc1 |
2021-ci ilin yanvar-iyun aylarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 45,5 faiz artaraq 1,341 milyard dollara bərabər olub. Bu barədə aia.az-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər. İyun ayında Türkiyə 221,791 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2020-ci ilin iyunu ilə müqayisədə 32,6 faiz çoxdur. Son 12 ay ərzində (iyun 2020-iyun 2021) Türkiyə 2,698 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib. aia.az Geri dön |