Mobil versiya
Gürcüstanda yeraltı qaz anbarı tikiləcək
Tarix: 15-04-2016 | Saat: 20:47
Bölmə:İqtisadiyyat | çapa göndər

Gürcüstanda yeraltı qaz anbarı tikiləcək





Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda ilk dəfə olaraq tikiləcək yeraltı qaz anbarının texniki-iqtisadi göstəricilərinin layihəsinin hazırlanması hesabatı sona çatıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib. Onun sözlərinə görə, layihənin dəyəri 50 milyon dollar olacaq. Nazirin sözlərinə görə, Gürcüstanda yeraltı qaz anbarının tikintisində Azərbaycan şirkəti SOCAR da maralıdır və bu barədə danışıqlar gedir. Gürcüstan Neft və Qaz Korporasiyasından bildirilib ki, yeni tikiləcək qaz anbarının tutumu 210-280 milyon kubmetr olacaq. Bu da Gürcüstanın illik ehtiyacının təqribən 15%-i təşkil edəcək.
Qeyd edək ki, bu gün Gürcüstanın energetika naziri Kaxa Kaladze, Gürcüstanın Neft və Qaz Korporasiyasının baş direktoru David Tvalabeişvili və layihə rəhbərləri Samqoridə yeraltı qaz anbarı tikiləcək sahədə olublar. Məlumata görə, ölkədə ilk dəfə tikiləcək qaz anbarın texniki layihəsininin yekun hesabatını beynəlxalq tenderdə qalib gələn Fransanın “Jeostok” şirkəti hazırlayıb və bu barədə Gürcüstanın Neft və Qaz Korporasiyası 2015-ci ildə şirkətlə müqavilə bağlayıb.
Gürcüstanın Neft və Qaz Korporasiyasının baş direktoru David Tvalabeişvili bildirib ki, yeraltı qaz anbarının tikintisi sayəsində Gürcüstan strateji obyektin sahibi olacaq və ölkə öz enerji təhlükəsizliyini təmin edəcək. Gürcüstanda ilk dəfə olaraq tikiləcək yeraltı qaz anbarının texniki-iqtisadi göstəricilərinin layihəsinin hazırlanması hesabatı mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi nümayəndələr iştirak ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə