İrəvanda altı səsin davası – Paşinyan seçkiyə hazırdır
Tarix: 26-11-2026 | Saat: 23:14
Bölmə:Dünya | çapa göndər

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulu üçün müxalifətlə razılıq əldə olunmayacağı təqdirdə növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna etməyib.
aia.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə müxalifətin referendumun keçirilməsi üçün çatışmayan altı səsi verməkdən imtinasına münasibət bildirib.
Baş nazir növbədənkənar seçkilər ssenarisinə keçməyə heç nəyin mane olmadığını, lakin hazırkı mərhələdə cəmiyyətlə dialoqun daha vacib olduğunu vurğulayıb.
“Növbədənkənar seçkilər ssenarisinə keçməyə heç nə mane olmur. Lakin müxalifətlə dialoqdan daha vacib olan cəmiyyətlə dialoqdur”, – deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, yeni Konstitusiya layihəsi parlamentə təqdim edilməyə hazır olduqdan sonra sənəd müzakirəyə və səsverməyə çıxarılacaq. Hakimiyyət bundan sonrakı addımlarını səsvermənin nəticələrinə əsasən müəyyənləşdirəcək.
Paşinyan ictimaiyyətə təqdim olunan sənədin yeni Konstitusiyanın ilkin layihəsi olduğunu, irəli sürüləcək arqument və təklifləri dinləməyə hazır olduqlarını bildirib. Bununla belə, o, bütün təkliflərin qəbul ediləcəyi anlamına gəlmədiyini də xüsusi vurğulayıb.
Xatırladaq ki, Ermənistan hakimiyyətinə yeni Konstitusiya layihəsinin referenduma çıxarılması üçün müxalifət düşərgəsindən daha altı deputatın dəstəyi lazımdır. Müxalifət qüvvələri isə həmin səsləri verməyəcəklərini bəyan ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-11-2026
21:16 Bu telekanal cərimələndi