Mobil versiya
Milli Məclisin sədri Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə görüşüb -Fotolar
Tarix: 26-11-2026 | Saat: 14:58
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Milli Məclisin sədri Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 26-da ölkəmizdə səfərdə olan Litva Respublikasının xarici işlər naziri Kestutis Budris ilə görüşüb.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, eləcə də fəal siyasi dialoqun ikitərəfli münasibətlərin inkişafında xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Ölkələr arasında mövcud müqavilə-hüquq bazasının əməkdaşlıq üçün möhkəm zəmin yaratdığını bildirən Milli Məclisin sədri ötən gün imzalanmış “Azərbaycan Respublikası və Litva Respublikası arasında Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin əhəmiyyətini vurğulayıb. O, bu mühüm sənədin iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin bütün sahələr üzrə daha da dərinləşdirilməsinə güclü təkan verəcəyini qeyd edib.

Söhbət zamanı ikitərəfli münasibətlərin dərinləşdirilməsində parlamentlərin mühüm roluna toxunulub. 2022-ci ildə Litvaya həyata keçirdiyi rəsmi səfəri və keçirdiyi görüşləri məmnunluqla xatırlayan Milli Məclisin sədri Sahibə Qafarova yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib. Bununla yanaşı, parlamentlərarası əlaqələrin inkişafında işçi qruplarının fəaliyyətinin genişləndirilməsinin və qarşılıqlı səfərlərin təşviq edilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, parlamentlərarası dialoq tərəflərin bir-birinin mövqeyini və maraqlarını düzgün anlaması, qarşılıqlı məlumat mübadiləsinin təmin edilməsi, eləcə də informasiyanın obyektiv və qərəzsiz şəkildə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, beynəlxalq parlament təşkilatlarının da açıq və konstruktiv dialoqun təşviqində fəal iştirakının vacibliyi vurğulanıb.

Görüşdə həmçinin energetika və bərpa olunan enerji, humanitar, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu istiqamətlərdə əlaqələrin mövcud potensiala uyğun olaraq daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu bildirilib.
Azərbaycana ilk rəsmi səfərindən məmnunluğunu bildirən Litva Respublikasının xarici işlər naziri Kestutis Budris ötən gün Azərbaycan Prezidenti ilə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb, səfər çərçivəsində aparılan müzakirələrin və imzalanmış “Strateji tərəfdaşlıq haqqında Birgə bəyannamə”nin əhəmiyyətini vurğulayıb. Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcəyini bildirən qonaq ölkəsinin Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafına dəstəyini davam etdirəcəyini vurğulayıb. O, Cənubi Qafqazı strateji əməkdaşlıq regionu, Azərbaycanı isə Mərkəzi Asiyaya çıxış və Orta Dəhlizin inkişafı baxımından mühüm tərəfdaş kimi səciyyələndirib.

Söhbət zamanı Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi haqqında da fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğunu, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edildiyini deyib, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs edib. Azərbaycanın regional sülhün və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirən Kestutis Budris ölkəmizin Vaşinqton sammitində əldə olunmuş razılaşmalara sadiqliyini və onların həyata keçirilməsi istiqamətində nümayiş etdirdiyi siyasi iradəni təqdir edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2026