Mobil versiya
Pəncəli Teymurovun qardaşına vəzifə verildi
Tarix: 27-11-2026 | Saat: 09:20
Bölmə:Gündəm / Manşet | çapa göndər

Pəncəli Teymurovun qardaşına vəzifə verildi

Teymurov Famil Nurməmməd oğlu Lənkəran Uşaq-Gənclər İnkişaf Mərkəzinə metodist vəzifəsinə təyin edilib.

aia.az xəbər verir ki, bu barədə Mərkəzin məlumatında deyilir. Eyni zamanda Mərkəzin direktorunun vəzifələrinin müvəqqəti icrası da Famil Teymurova həvalə olunub.

Famil Teymurov 2012-ci ildən Şəhid Bəxtiyar Rüstəmov adına Asxanakəran kənd tam orta ümumtəhsil məktəbində müəllim, daha sonra isə tədris işləri üzrə direktor müavini vəzifələrində çalışıb.

O, pedaqoji fəaliyyəti ilə yanaşı, idman sahəsində də uğurlar qazanmış, 2017–2018-ci illərdə sərbəst güləş üzrə I dərəcəli beynəlxalq idman ustası adına layiq görülüb.

Bundan əlavə, 5 il müddətində Asxanakəran kənd Bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

Famil Teymurov 2025-ci ildə “Azərbaycan müəllimi” fəxri diplomuna layiq görülüb.

Famil Teymurov Milli Qəhrəman Pəncəli Teymurovun qardaşıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə