Mobil versiya
Almaniyada maliyyə böhranı dərinləşir – Sosial müavinətlər ixtisar edilə bilər
Tarix: 26-11-2026 | Saat: 22:00
Bölmə:Özəl | çapa göndər

Almaniyada maliyyə böhranı dərinləşir – Sosial müavinətlər ixtisar edilə bilər



Almaniya hökuməti artan büdcə xərcləri və iqtisadi çətinliklər səbəbindən bir sıra ənənəvi sosial müavinətlərdən imtina etməyə hazırlaşır.

Bu barədə Almaniya kansleri Fridrix Merts Bundestaqda çıxışı zamanı bildirib.

Kanslerin sözlərinə görə, mövcud sosial təminat sistemi dəyişdirilməsə, yaxın illərdə sosial müavinətlərin, müdafiə xərclərinin və dövlət borcunun maliyyələşdirilməsində ciddi problemlər yarana bilər.

Almaniya iqtisadiyyatında 2018-ci ildən başlayan geriləmə pandemiya, enerji böhranı, yüksək faiz dərəcələri və ABŞ-ın tətbiq etdiyi gömrük tarifləri nəticəsində daha da ağırlaşıb.

Enerji tutumlu sənaye sahələrində istehsal 2025-ci ildə 2021-ci illə müqayisədə 17,8 faiz, ölkənin ixracı isə 2022–2025-ci illər ərzində 3,9 faiz azalıb.

Əhalinin yaşlanması, işçi qüvvəsinin çatışmazlığı, pensiya və müdafiə xərclərinin artması federal büdcə üzərində maliyyə təzyiqini gücləndirir.

Almaniyanın 2027-ci il üçün federal büdcə layihəsində təxminən 560 milyard avro həcmində rekord xərclər nəzərdə tutulur. Yeni borclanmanın isə 210 milyard avroya çatacağı gözlənilir.

Hansı sosial müavinətlərin ləğv ediləcəyi və ya azaldılacağı barədə təqdim olunan məlumatda konkret açıqlama yer almayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2026