Mobil versiya
Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib
Tarix: 27-11-2026 | Saat: 10:02
Bölmə:Ölkə | çapa göndər

Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib

Respublika əhəmiyyətli Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun mühafizə zolağından istifadə edilməklə obyektə müvafiq icazə alınmadan giriş-çıxış yolu təşkil edilib.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumata yayıb.

Bildirilir ki, qanunvericiliyə əsasən, respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağı hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində müəyyən edilir.

AAYDA-nın tabeliyində fəaliyyət göstərən Avtomobil Yollarının Mühafizə Xidməti məhz bu qanun pozuntusunun aradan qaldırılmasını tələb edib. Məqsəd sahibkarlıq fəaliyyətinə mane olmaq deyil, avtomobil yollarından qanunvericiliyə uyğun istifadəni, yol infrastrukturunun qorunmasını və hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə