Azana qarşı qanun layihəsi rədd edildi – İsrailli nazir parlamentdən çıxarıldı
Tarix: 26-11-2026 | Saat: 21:16
Bölmə:Özəl | çapa göndər

İsrail parlamentində azan zamanı səsgücləndiricilərdən istifadənin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi qalmaqalla nəticələnib. Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir iclas zalından çıxarılıb.
İfrat sağçı “Otsma Yehudit” partiyasının hazırladığı qanun layihəsində məscidlərin səsgücləndiricilərdən istifadə etməsi üçün xüsusi icazə alması nəzərdə tutulub.
Sənəddə polisə azanın səsgücləndiricilər vasitəsilə yayımını dayandırmaq, avadanlıqları müsadirə etmək və 50 min şekelədək (təxminən 15,8 min dollar) cərimə tətbiq etmək səlahiyyətinin verilməsi də təklif edilib.
Səsvermə zamanı 45 deputat təşəbbüsü dəstəkləyib, 63 deputat isə əleyhinə çıxıb. Nəticədə qanun layihəsi qəbul edilməyib.
Müzakirələr zamanı İtamar Ben-Qvirlə ərəb deputatlar arasında kəskin mübahisə yaranıb. Nazir deputatları terrorizmi dəstəkləməkdə ittiham edərək onların zalı tərk etməsini tələb edib.
Knesset sədrinin müavini Eytan Qinzburq mübahisəyə müdaxilə etdikdə Ben-Qvir onu təhqir edib. Bundan sonra nazirin iclas zalından çıxarılması barədə qərar verilib.
Ben-Qvir digər nazirləri də zalı tərk etməyə çağırıb. Parlamentin iclası hökumət üzvlərinin iştirakı olmadan davam etdirilib.
Qeyd edək ki, İtamar Ben-Qvir daha əvvəl səsgücləndiricilər vasitəsilə oxunan azanı “akustik terrorizm” adlandıraraq onun məhdudlaşdırılmasını müdafiə edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2026