Mobil versiya
Zibil pulunu ödəmədi, BMW-si əlindən alındı
Tarix: 26-11-2026 | Saat: 22:34
Bölmə:Dünya | çapa göndər

Zibil pulunu ödəmədi, BMW-si əlindən alındı


Rusiyanın Tolyatti şəhərində məişət tullantılarının daşınması haqqını ödəməyən avtomobil sahibinin BMW-si xüsusi dayanacağa aparılıb.

aia.az xəbər verir ki, bu barədə “63.ru” portalı məlumat yayıb.

Şəhərdə məişət tullantılarının daşınmasına görə borcu olan avtomobil sahiblərinə qarşı reyd keçirilib. Uzun müddət xidmət haqqını ödəməyən sakinlərdən birinin borcu 130 min rubla çatıb.

Borclunun avtomobili dövlət qeydiyyat nişanı əsasında “Kiber-Şerif” elektron sistemi vasitəsilə müəyyən edilib. BMW-nin üzərinə həbs qoyularaq xüsusi dayanacağa aparılıb.

Avtomobil sahibi nəqliyyat vasitəsini geri almaq üçün borcunu tam ödəməlidir.

2026-cı ilin noyabr ayının əvvəlindən Samara vilayətində məişət tullantılarının daşınmasına görə borcu olan şəxslərdən 1 milyon rubldan çox vəsait tutulub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2026