Mobil versiya
Moskvada koronavirusa qarşı kollektiv immunitet yaranıb
Tarix: 11-07-2020 | Saat: 13:12
Bölmə:Manşet / Dünya | çapa göndər

Moskvada koronavirusa qarşı kollektiv immunitet yaranıb



Rusiyanın paytaxtı Moskva şəhərinin meri Sergey Sobyanin paytaxt vətəndaşlarında koronavirus infeksiyasına qarşı kollektiv immunitetin yarandığını bildirib.

AİA.Az xəbər verir ki, Sergey Sobyanin bu barədə "Rossiya 24" telekanalına açıqlama verib: "İstənilən halda inanıram ki, Moskva əhalisində koronavirusa qarşı kollektiv immunitet yaranıb və bu bizə məhdudiyyətləri inamla götürməyə imkan verir".

O həmçinin bildirib ki, ölkədə COVID-19 pandemiyasının ikinci dalğasını gözləmir: "Görürəm ki, hər şeyə baxmayaraq zirvəni keçmişik".

Eyni zamanda, Moskva merinin müavini Anastasiya Rakova iyunun 19-dan iyulun 2-dək COVID-19 immunitetinin dördüncü mərhələsində iştirak edən 98 min Moskva sakinindən 21,7% -də koronavirusa qarşı antikorların aşkarlandığını bildirib.

Qeyd edək ki, Moskvada mayın 15-dən etibarən kütləvi antikor testləri aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024