Mobil versiya
Gürcüstanda peşə məktəbləri bu gündən açıldı
Tarix: 06-07-2020 | Saat: 14:34
Bölmə:Karusel / Dünya | çapa göndər

Gürcüstanda peşə məktəbləri bu gündən açıldı



Bu gündən etibarən Gürcüstanda peşə məktəblərində tədris prosesi bərpa olunur.

AİA.Az xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin mətbuat xidməti açıqlama verib. Nazirliyin məlumatına görə, ümumilikdə 70 özəl və dövlət peşə məktəbində yoxlamalardan sonra tədris prosesinin başlanılmasına icazə verilib.

Bildirilib ki, nazir Tamar Kitiaşvili bəzi peşə məktəblərinin yoxlamalarında şəxsən iştirak edib. Onun sözlərinə görə, peşə məktəblərində tələbələrə təhlükəsiz mühitin yaradılması üçün bütün tələblər qarşılanıb.

Xatırladaq ki, martın sonunda Gürcüstanda koronavirusun yayılması ilə əlaqədar olaraq bütün təhsil müəssisələri distant təhsilə keçmişdi.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024