Mobil versiya
Pekində başlayan yeni koronavirusla bağlı proqnoz açıqlandı
Tarix: 24-06-2020 | Saat: 13:17
Bölmə:Dünya | çapa göndər

Pekində başlayan yeni koronavirusla bağlı proqnoz açıqlandı


Pekində yayılan yeni koronavirus Çin hökumətinin nəzarətindədir.

"South China Morning Post”un məlumatına görə, bu barədə Çin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin direktor müavini FenqTzıntsian bildirib.

O, yeni yoluxmanın tezliklə sona çatacağı proqnozunu verib.

Qurumun nümayəndəsi bildirib ki, "Sinfadi” topdansatış bazarından başlayan yeni yoluxmaların qarşısı tam alınıb.

"Pekində xəstəlik çox erkən aşkarlanıb. Sərt nəzarət tədbirləri xəstəliyin yayılmasının qarşısını aldı”, - deyəovurğulayıb.

Ümumiyyətlə, yeni infeksiyanın aşağı yoluxma qabiliyyətinə sahib olduğu bildirilib.

Xatırladaq ki, iyunun 11-də - 56 gündən sonra ilk dəfə Pekində koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb. Yoxlama zamanı xəstəliyin mənbəyi "Sinfadi” bazarında tapılıb. Ertəsi gün Çin Ət Araşdırma Mərkəzində iki işçidəCOVID-19 aşkarlanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024