Mobil versiya
İran Qasım Süleymanini ABŞ-a satan şəxsi edam edəcək
Tarix: 09-06-2020 | Saat: 13:17
Bölmə:Manşet / Dünya | çapa göndər

İran Qasım Süleymanini ABŞ-a satan şəxsi edam edəcək




İranlı general Qasım Süleymaniyə təşkil edilən sui-qəsddə əli olduğu iddia edilən, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin kəşfiyyat qurumu "Mossad”la işbirliyində ittiham olunan casus edam ediləcək.

"The Guardian” yazır ki, bu barədə İran məhkəməsinin nümayəndəsi Qulamhüseyn İsmaili televiziya kanallarının birinə verdiyi müsahibəsində deyib.

"ABŞ kəşfiyyatı və "Mossad”ın agenti olan Mahmud Musəvi-Məcid ölüm cəzasına məhkum edilib. O, düşmənlərimizə Qasım Süleymaninin harada olduğu haqqında məlumat verib”, - deyə Q.İsmaili qeyd edib.

Qeyd edək ki, İran İnqilabKeşikçiləri Korpusunun (SEPAH) Qüds Xüsusi Qüvvələrinin rəhbəri generalQasım Süleymani bu il yanvarın 3-də Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində ölüb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025