Mobil versiya
Almaniyada bayrağa zərər verən şəxs həbs ediləcək
Tarix: 05-06-2020 | Saat: 17:11
Bölmə:Dünya | çapa göndər

Almaniyada bayrağa zərər verən şəxs həbs ediləcək


Almaniyada Avropa İttifaqı və ya hər hansı xarici dövlətin bayrağına zərər verən şəxs üç ilə qədər həbs ediləcək.

"HaberGlobal” məlumat verir ki, hansısa ölkənin bayrağını yandırmaqla, cırmaqla və ya başqa formada zərər verənlərin cəzalanması ilə bağlı qərar qüvvəyə minib.

Bu barədə mayın 15-də Federal Məclisdə qanun müzakirə olunaraq, səs çoxluğu ilə qəbul olunub.

Ədliyyə naziri Kristin Lambrekt qeyd edib ki, bayraq yandırmağın dinc etirazla heç bir əlaqəsi yoxdur. Bu, nifrət, kin və aqressiya doğurur.

Qeyd edək ki, Almaniyada bu zamana qədər bayrağa zərər verən cərimə edilirdi.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025