Mobil versiya
Vaşinqtonda etirazlar zamanı ABŞ Məxfi xidmətinin 50-dən çox əməkdaşı xəsarət alıb
Tarix: 01-06-2020 | Saat: 12:46
Bölmə:Dünya | çapa göndər

Vaşinqtonda etirazlar zamanı ABŞ Məxfi xidmətinin 50-dən çox əməkdaşı xəsarət alıb


ABŞ-ın paytaxtı Vaşinqtonda davam edən etiraz aksiyaları zamanı Məxfi xidmətin 50-dən çox əməkdaşı xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə təhlükəsizlik qurumunun yüksək vəzifəli məmuru bildirib.

Onun sözlərinə görə, etirazçılar təhlükəsizlik qüvvələrinin üzərinə Molotov kokteylləri atıb.

Etiraz aksiyasının qarşısının alınması üçün Məxfi xidmətlə yanaşı, federal marşallar, narkotiklə mübarizə idarəsinin əməkdaşları və Milli Qvardiya cəlb olunub.

Qeyd edək ki, Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024