Rusiya ilə sərhəddə qalan azərbaycanlılar ölkəyə buraxıldı
Tarix: 27-05-2020 | Saat: 13:10
Bölmə:Dünya | çapa göndər
Bu gün daha 131 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtması təmin olunub.
AİA.Az xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib.
O bildirib ki, hazırda həmin şəxslər Rusiya-Azərbaycan sərhədini keçib.
"İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılır. May ayının 26-da ilkin olaraq 104 nəfər sərhədi keçməli idi. Buna baxmayaraq, Azərbaycana keçənlərin sayını artırmaq mümkün oldu. Təbii ki, sərhədi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, - deyə Elnur Hüseynov bildirib.
O bildirib ki, hazırda Rusiyadan Azərbaycana keçmək istəyən 600-dən çox adam var.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər