Mobil versiya
Çində 10 gündə 6,5 milyon insan koronavirus testindən keçib
Tarix: 26-05-2020 | Saat: 11:19
Bölmə:Dünya | çapa göndər

Çində 10 gündə 6,5 milyon insan koronavirus testindən keçib




Çinin Uhan şəhərində 14-23 may tarixləri arasında 6 milyon 574 min insan koronavirusun müəyyənləşdirilməsi üçün aparılan CRP (C-reaktiv zülal) testindən keçib.

AİA.Az Çinin “Xinhua” informasiya agentliyinə istinadən xəbər verir ki, testlər ictimai yerlərdə quraşdırılan müvəqqəti məntəqələrdə həyata keçirilib. 10 gündə ümumilikdə 6 milyon 574 min nəfərin keçdiyi testlər yaşı 6-dan az olan uşaqlara tətbiq olunmayıb.

Bildirilib ki, kütləvi testlər virusun daşıyıcısı olub, lakin simptomlar müşahidə olunmayan insanları müəyyənləşdirərək virusun yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki, Çində ötən gün ərzində daha 7 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Bu günə qədər isə ölkə üzrə 82 992 insan koronavirusa yoluxub, onlardan 4 634-ü xəstəlik səbəbindən həyatını itirib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024