Mobil versiya
Azərbaycanlı futbolçu “Spartak”ın əsas heyətindən qovuldu
Tarix: 26-05-2020 | Saat: 11:17
Bölmə:Dünya | çapa göndər

Azərbaycanlı futbolçu “Spartak”ın əsas heyətindən qovuldu


Rusiyanın “Spartak” klubu azərbaycanlı futbolçusu Ayaz Quliyevi ikinci komandaya göndərib. AİA.Az xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin komandadaxili nizam-intizam qaydalarını pozmasıdır.

O, komandanın fiziki hazırlıq üzrə məşqçisi Vladimir Çipzanoviçlə mübahisə edib. Bir neçə dəfə məşqçinin tapşırıq verməsinə baxmayaraq 24 yaşlı futbolçu deyilənlərə əməl etməyib.

Onun mövsüm sonunda icarəyə göndəriləcəyi bildirilib.

Aylıq maaşı 5,6 milyon rubl (132 min 804 manat) maaş alan oyunçunun bir neçə variantı var.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024