Mobil versiya
Fonda edilən ianə bir günə 10 milyon artdı
Tarix: 25-03-2020 | Saat: 15:25
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

Fonda edilən ianə bir günə 10 milyon artdı





Prezident İlham Əliyevin fərmanıyla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə kimi 78 764 611 manat ianə edilib.

Aia.az xəbər verir ki, ianələri köçürənlər arasında həm hüquqi, həm də fiziki şəxslər var. Belə ki, Fonda 569 hüquqi, 472 fiziki şəxs ianə köçürüb.

Qeyd edək ki, dünən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 68,274,279 manat ianə edilmişdi.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu martın 19-da yaradılıb.

Fonda köçürülən vəsaitlər koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə və s. yönəldiləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

584 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2020
{sape_links}{sape_article}