Mobil versiya
Bakıdan Belarusa gedən tələbədə koronavirus aşkarlandı
Tarix: 28-02-2020 | Saat: 10:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıdan Belarusa gedən tələbədə koronavirus aşkarlandı


Belarusda SARS-CoV-2 koronavirusuna ilk yoluxma faktı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Belarusun Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, infeksiya iranlı tələbədə aşkarlanıb.

“Fevralın 27-də laboratoriya yoxlamaları zamanı fevralın 22-də Bakıdan reyslə Belarusa gələn İran vətəndaşında virus aşkarlanıb”, -deyə nazirliyin məlumatında bildirilir.

Hazırda xəstə və onunla əlaqədə olan şəxslər Minsk Yoluxucu Xəstəliklər Xəstəxanasında xüsusi palatalara yerləşdirilib. Tələbə özünü qənaətbəxş hiss edir.

Qeyd olunur ki, Belarus hökuməti koronavirusun yayılmasının qarşısını almağa yönəlmiş sanitar və epidemioloji tədbirlər həyata keçirir.

Qurum Cənubi Koreya, İran və İtaliyada koronavirusla əlaqəli vəziyyətin pisləşməsi səbəbindən Belarus səlahiyyətlilərinin, bu ölkələrdən gələn bütün vətəndaşların müayinə və laborator diaqnostikası keçirmək qərarına gəldiyini açıqlayıb.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024