Mobil versiya
Dünyanı sarsıdan ölümcül virusdan necə qorunaq? - HƏKİM MƏSLƏHƏTİ
Tarix: 25-02-2020 | Saat: 10:23
Bölmə:Təhsil | çapa göndər

Dünyanı sarsıdan ölümcül virusdan necə qorunaq? -



Çində yeni növ koronavirusun yaratdığı pnevmaniya səbəbindən ölənlərin sayı 2663 nəfərə çatıb. Təxminən 2,6 min insan xəstəxanalardan evə buraxılıb. Çində yeni növ koronavirusa yoluxanların ümumi sayı isə 77,6 mindən çoxdur. Hazırda xəstəxanalarda 9 126 nəfər ağır vəziyyətdədir, 47 672 nəfər isə virusun daşıyıcısıdır.

Çin sərhədlərindən kənarda isə yeni növ koronavirusa yoluxma halı iki min nəfəri keçib. Bu o deməkdir ki, Çində yayılan virusun Azərbaycana da keçmə riski istisna edilmir. Hazırda Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmasa da, insanların özlərini qoruması vacibdir.

Hər bir halda koronavirus epidemiyası paytaxt sakinlərini kifayət qədər narahat edir. Apteklərə üz tutan sakinlərin tibbi maskalar və spirt tapa bilməmələri isə vəziyyəti daha da gərginləşdirir.

Bütün bunlara baxmayaraq, virusdan qorunmağın yolları var. Bəs koronavirusdan özümüzü necə qoruyaq?

Oxu.Az həkimlərin koronavirusdan qorunmaq üçün tövsiyələrini təqdim edir:

- Gigiyena qaydalarına riayət edilməlidir.

- Gün ərzində əllər tez-tez sabunla yuyulmalı, spirtlənməlidir.

- Əl ilə görüşmək, öpüşmək məsləhət deyil.

- Xəstə insanlardan (respirator infeksiyalar) uzaq olmaq lazımdır.

- İnsanların sıx toplaşdığı ərazilərə getmək məsləhət görülmür.

- Heyvanlarla təmasdan mümkün qədər imtina edin.

- Tibbi maskalardan istifadə edin. (Maskaları üzdə çox saxlamaq olmaz, hər 20-30 dəqiqədən bir dəyişdirilməlidir).

- Xəstəlik ilkin olaraq özünü zökəm əlamətləri ilə biruzə verir. Özünüzü halsız hiss etdiyiniz zaman dərhal həkimə müraciət edin.

- Əşyalara toxunmazdan əvvəl dezinfeksiya edin.

- Xəstə insanların əşyalarına, geyimlərinə toxunmayın.

- Mümkün qədər xarici ölkələrdən onlayn alış-verişləri dayandırın.

- Xarici səfərləriniz varsa, təxirə salın.

- Mümkün qədər evdən çıxmayın.

Qeyd edək ki, həkimlər hələ də naməlum etimologiyalı koronavirus ilə doğru mübarizə yollarını tapa bilmirlər. Diqqətli olmaqda fayda var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5131 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}