Mobil versiya
Donald Trampın iqamətgahına daxil olmaq istəyən çinli qadın saxlanıldı
Tarix: 19-12-2019 | Saat: 18:00
Bölmə:Dünya | çapa göndər

Donald Trampın iqamətgahına daxil olmaq istəyən çinli qadın saxlanıldı


Donald Trampın Florida ştatında yerləşən iqamətgahına 2019-cu ildə ikinci dəfə qeyri-qanuni daxil olmağa çalışıblar. Qanunsuz əməl hər iki halda Çin vətəndaşları tərəfindən həyata keçirilib.

“Vesti” məlumat verir ki, 56 yaşlı Tsin Lu ABŞ Prezidentinin iqamətgahına daxil olmaq istəyərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd olunur ki, polislər qadına evin ərazisini tərk etməyi xahiş ediblər, lakin o, xəbərdarlığa məhəl qoymayaraq telefonu ilə ərazidə şəkil çəkməyə başlayıb.

Polislər tərəfindən saxlanılandan sonra məlum olub ki, Tsin Lu nəinki sözügedən yerdə, ümumiyyətlə, ABŞ ərazisində qanunsuz yaşayır. Qadın saxlanılaraq təcridxanaya salınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024