Mobil versiya
ABŞ-ın energetika naziri istefa verib
Tarix: 02-12-2019 | Saat: 09:40
Bölmə:Dünya | çapa göndər

ABŞ-ın energetika naziri istefa verib


ABŞ-ın energetika naziri Rik Perri öz postunu tərk edib.

Azvision.az xəbər verir ki, bu barədə o, "Twitter" hesabında yazıb.

"Bu gün Energetika Nazirliyi ilə vidalaşıram. Bir nazir kimi ABŞ Prezidenti Donald Trampın administrasiyasında işləmək şərəf idi", - deyə Perri bildirib.

Bir müddət əvvəl Perrinin 2019-cu ilin sonunda istefa verəcəyi ilə bağlı məlumatlar yayılmışdı. Onun bundan əvvəl qubernator seçildiyi Texasda işləmək niyyətində olduğu bildirilir.

Rik Perri özü istefa qərarının "Ukrayna qalmaqalı"nda iştirak etməsi ilə əlaqədar olduğunu təkzib edib. Perrinin adı Trampın göstərişi ilə son aylarda Ukrayna rəsmiləri ilə əlaqə quran şəxslər arasında çəkilir.

Demokratlar Trampı Ukrayna hakimiyyətini prezidentliyə namizəd olmaq istəyən ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenə qarşı istintaq başlatmağa məcbur etməkdə ittiham edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024