Özbəkistan Ali Məclisinin nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb -Foto
Tarix: 27-11-2026 | Saat: 10:51
Bölmə:Gündəm / Parlament | çapa göndər

Xəbər verdiyimiz kimi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti ölkəmizdə səfərdə olub.
Nümayəndə heyəti Milli Məclisdə keçirilən və “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər” mövzusuna həsr olunmuş İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda iştirak edib.
Forum çərçivəsində Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi arasında “Parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi üzrə 2027–2028-ci illər üçün praktiki tədbirlər planı” (“Yol xəritəsi”) imzalanıb. Həmçinin hər iki parlamentin spikerlərinin iştirakı ilə Milli Məclis və Özbəkistan Ali Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının birinci iclası keçirilib.
Tənzilə Narbayeva və onun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərini başa vuraraq vətənə yola düşüb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2026
26-11-2026
21:16 Bu telekanal cərimələndi