Mobil versiya
Hakan Fidan bu məsələdə NATO-nu günahlandırdı
Tarix: 20-11-2026 | Saat: 12:15
Bölmə:Dünya | çapa göndər

Hakan Fidan bu məsələdə NATO-nu günahlandırdı

"Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) yaratdığı təhlükəsizlik arxitekturası Türkiyəni Yaxın Şərqdən gələn təhdidlərdən qoruya bilmir".

aia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Fidanın sözlərinə görə, Ankara illərdir İraq və Suriyadan gələn təhdidlərlə üzləşir.

Nazir vurğulayıb ki, Avropa təhlükəsizlik arxitekturası uzun müddətdir ki, NATO-nun mövcudluğuna əsaslanır, lakin Ankaranın mövqeyi Avropadan kənardakı vəziyyəti nəzərə almağı tələb edir.

"Türkiyə NATO-nun vacib üzvüdür, lakin NATO-nun Avropada yaratdığı təhlükəsizlik arxitekturası Yaxın Şərqdəki təhlükəsizliyimizi təmin etməyib, çünki maraqlarımız digər strateji bölgələrə də şamil olunur", - deyə Fidan parlamentin büdcə komitəsindəki müzakirələr zamanı bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2026