Tarixi Zəfərdən Böyük Qayıdışa
Tarix: 20-11-2026 | Saat: 11:48
Bölmə:Siyasət | çapa göndər

Artıq altı ildir torpaqlarımızın işğal günlərini deyil, işğaldan azad edildikləri günləri qeyd edirik. Prezident İlham Əliyevin tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən addımlarından biri işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsidir. Bununla bağlı imzalanan Sərəncama əsasən 20 noyabr Ağdam Şəhəri Günüdür.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.
1930-cu ildə yaradılmış Ağdam rayonu Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində yerləşən rayon münbit torpaqları və əlverişli coğrafi mövqeyi ilə seçilir. Arxeoloji tədqiqatlar Ağdamın qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. XX əsrin 50-ci illərindən aparılan qazıntılar zamanı burada Eneolit dövründən insanların yaşadığı, əkinçilik və maldarlıqla məşğul olduğu müəyyən edilib. Üzərriktəpədən tapılan maddi-mədəniyyət nümunələri Ağdamın Qafqazın qədim şəhər tipli yaşayış məskənlərindən biri olduğunu göstərir.
1993-cü il iyulun 23-də Ağdam rayonunun 1094 kvadratkilometr ərazisinin 80 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi, rayon mərkəzi və 90 kəndi düşmənin nəzarətinə keçdi. Nəticədə 128 minə yaxın sakin doğma yurdunu tərk edərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu.
Rayonun işğal nəticəsində təsərrüfatları, maddi və mənəvi dərərləri dağıdıldı və ya talan edildi. Dünyada yeganə olan Ağdam Çörək Muzeyi də erməni vandalizminin qurbanına çevrildi. Ağdam uğrunda döyüşlərdə 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı. Məcburi köçkünlər Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşdılar.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək əzmini nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində böyük qəhrəmanlıq göstərərək möhtəşəm tarixi Zəfərə imza atdı. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal altında olan əraziləri Azərbaycana təhvil verildi. Beləliklə, 27 illik həsrətə son qoyuldu və ağdamlıların doğma torpaqlarına qayıdışı üçün tarixi imkan yarandı.
Bu gün Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. İşğaldan azad edilmiş şəhərlər arasında ilk təsdiqlənən baş plana əsasən, Ağdamda 100 min nəfərədək əhalinin yaşaması nəzərdə tutulur.
Şəhərdə yaşayış binaları, məktəblər, sosial obyektlər və yollar inşa edilir, kommunikasiya infrastrukturu yenilənir, yeni istehsal müəssisələri yaradılır. Ağdam Sənaye Parkı rayonun iqtisadi inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluğuna mühüm töhfə verir. Eyni zamanda, ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri davam etdirilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli qayıdışı təmin olunur.
Ötən dövr ərzində dövlət başçısı İlham Əliyevin Ağdama 17 səfəri olub. İlk səfər Ağdam şəhərində Dövlət Bayrağının ucaldılması, dağıdılmış Ağdam Cümə məscidinin ziyarəti ilə tarixə yazıldı. 2024-cü ilin aprelində ölkə Prezidentinin Ağdama səfəri zamanı Ağdam Cümə Məscidinin bərpadan sonra açılışı oldu. Ötən ilin may ayında Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edən Prezident İlham Əliyev kəndə köçən sakinlərlə görüşdü, onlara evlərin açarlarını təqdim etdi.
Hazırda sakinlərinə qovuşan 10 şəhər arasında Ağdamın da adı var. 47 şəhər, kənd və qəsəbəyə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Bu torpaqlarda 100 minə yaxın insan yaşayır, işləyir, oxuyur. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında bərpa olunan şəhər və kəndlərimiz Azərbaycanın müasir şəhərsalma təcrübəsinin təqdimatında əhəmiyyətli rol oynayır.
Ağdamın bugünkü mənzərəsi Azərbaycan dövlətinin gücünü və xalqımızın quruculuq əzmini nümayiş etdirir. Vaxtilə dağıdılmış şəhər indi yeni yaşayış məhəllələri, istehsal müəssisələri, müasir nəqliyyat infrastrukturu və mədəniyyət obyektləri ilə yenidən qurulur. Bu proses Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış strategiyasının mühüm tərkib hissəsidir. 20 Noyabr – Ağdam Şəhəri Günü xalqımız üçün həm tarixi ədalətin bərpasının, həm də gələcəyə inamın rəmzidir. Ağdamın əsl taleyini xalqın iradəsi, dövlətin qüdrəti və Vətənə bağlılıq müəyyən edir. Artıq Ağdam yeni inkişaf mərhələsinə qədəm qoyur və Qarabağın gələcəyində öz layiqli yerini inamla bərpa edir.
Şövqi Həsənov,
YAP Şəmkir rayon təşkilatı Aparatının əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər