Tarixi zərurətdən doğan YAP Azərbaycanın inkişaf yolunda aparıcı siyasi qüvvəyə çevrilib
Tarix: 20-11-2026 | Saat: 10:00
Bölmə:Siyasət | çapa göndər

Yeni Azərbaycan Partiyasının təsis edilməsi Azərbaycanın müasir dövlətçilik tarixində mühüm əhəmiyyətə malik hadisələrdən biri kimi yadda qalmışdır. Ölkənin dərin siyasi, iqtisadi və sosial böhran yaşadığı, müstəqil dövlətçiliyin gələcəyinin ciddi təhlükələrlə qarşılaşdığı bir dövrdə ziyalıların və milli düşüncəli insanların təşəbbüsü ilə yeni siyasi təşkilatın yaradılması tarixi zərurətə çevrilmişdi. Bu təşəbbüsün arxasında dayanan insanlar Azərbaycanın mövcud çətinliklərdən çıxmasının, dövlət müstəqilliyinin qorunmasının və gələcək inkişafının yalnız güclü siyasi iradəyə, böyük dövlətçilik təcrübəsinə və xalqın etimadını qazanmış liderə bağlı olduğunu yaxşı dərk edirdilər. Məhz bu düşüncə ətrafında birləşən ziyalılar Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması istiqamətində mühüm addımlar atdılar. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində baş tutan təsis konfransı xalqın siyasi seçim və iradəsinin, ölkədə sabitliyə, təhlükəsizliyə və inkişafın təmin olunmasına olan istəyinin bariz təzahürü idi. Sonrakı tarixi proseslər sübut etdi ki, həmin qərar Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. Ulu Öndər Heydər Əliyevin partiyaya rəhbərlik etməsi YAP-ın qısa zaman ərzində ölkənin aparıcı siyasi təşkilatına çevrilməsinə şərait yaratdı, eyni zamanda onun üzərinə mühüm tarixi və siyasi missiya qoydu.
2021-ci il dekabrın 29-da Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında təsdiq edilən yeni Proqram təşkilatın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərini, ideoloji prinsiplərini və təşkilati hədəflərini müəyyən edən fundamental sənəddir. Beş fəsildən ibarət olan Proqramda partiyanın formalaşma və inkişaf mərhələləri, əsas siyasi dəyərləri, fəaliyyət prinsipləri və strateji prioritetləri ardıcıl şəkildə öz əksini tapmışdır. Sənəddə Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin YAP-ın fəaliyyətində əsas ideoloji istiqamət kimi yaşadılması və qorunması xüsusi əhəmiyyət daşıyır. Müstəqillik, azərbaycançılıq, dövlətçilik ənənələri, hüququn üstünlüyü, siyasi varislik və təkamül prinsipləri ölkənin davamlı inkişafının başlıca təməlləri kimi ön plana çəkilir. Eyni zamanda, hüquqi və demokratik dövlət quruculuğunun gücləndirilməsi, siyasi dialoqun inkişaf etdirilməsi, konstruktiv əməkdaşlıq imkanlarının artırılması, sosial ədalətin təmin olunması, insan amilinə verilən önəmin yüksəldilməsi və multikultural dəyərlərin mühafizəsi partiyanın əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilir. Bütün bu müddəalar onu göstərir ki, Yeni Azərbaycan Partiyası yalnız ölkənin siyasi həyatında iştirak edən bir təşkilat deyil, həm də Azərbaycanın gələcək inkişafına ideoloji və institusional səviyyədə töhfə verməyi qarşısına məqsəd qoyan siyasi qüvvədir.
Yeni Azərbaycan Partiyasının 2003-cü ildən sonrakı fəaliyyəti və inkişaf mərhələsi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasətlə bilavasitə əlaqəlidir. Partiyanın müəyyənləşdirdiyi siyasi kursun ardıcıl şəkildə davam etdirilməsi ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurların əsas şərtlərindən biri olmuşdur. Müasir dövrdə YAP-ın qarşısında dayanan vəzifələr Azərbaycanın keçdiyi yeni inkişaf mərhələsinin tələblərinə uyğun olaraq daha da aktuallaşır və genişlənir. Oktyabrın 2-də keçirilən VIII Qurultay da partiyanın gələcək fəaliyyətinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisə kimi diqqət çəkir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qurultaydakı çıxışında təşkilatın fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinin, onun təşkilati imkanlarının genişləndirilməsinin və gələcək hədəflərinin düzgün müəyyənləşdirilməsinin vacibliyini vurğulamışdır. Qurultay çərçivəsində YAP-ın Nizamnaməsinə dəyişikliklərin edilməsi, İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibinin formalaşdırılması partiyanın idarəetmə və fəaliyyət mexanizmlərinin daha da təkmilləşdirilməsinə xidmət edən mühüm qərarlardır. Bu yeniliklər təşkilatın dəyişən ictimai-siyasi proseslərə çevik uyğunlaşmasına, mövcud potensialından daha məqsədyönlü istifadə etməsinə və müəyyənləşdirilmiş vəzifələrin səmərəli şəkildə həyata keçirilməsinə əlavə imkanlar yaradır. Mən hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının bundan sonrakı fəaliyyətində də Ümummilli Lider Heydər Əliyevin siyasi ideyalarına bağlılıq, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunun dəstəklənməsi və cəmiyyət qarşısında daşıdığı məsuliyyət əsas prioritetlər olaraq qalacaqdır. Partiyanın siyasi gücü və davamlılığını təmin edən başlıca amillərdən biri də dövrün yeni çağırışlarını düzgün qiymətləndirərək yenilənmək, fəaliyyətini müasir tələblərə uyğun qurmaq və Azərbaycanın ictimai-siyasi həyatında aparıcı mövqeyini qoruyub saxlamaq qabiliyyətidir.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2026
19-11-2026