Mobil versiya
Ölkədə siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir
Tarix: 20-11-2026 | Saat: 11:38
Bölmə:Siyasət | çapa göndər

Ölkədə siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir

Yeni Azərbaycan Partiyası təsis olunmasının 34
illiyini qeyd edir. YAP illərin sınağından uğurla çıxaraq təkmilləşir, sıraları genişlənir. Hər bir əlamətdar tarixi gün keçilən yola qısa nəzər salmağı bir zərurətə çevirir. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları tariximizin qara səhifəsi kimi daim vərəqlənir. Ölkəmizin taleyini düşünən insanlar Azərbaycanı böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Ümummilli Lider Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri də seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
YAP ölkədə milli birlik və həmrəyliyin yaranmasında aparıcı siyasi qüvvə kimi rolunu əməli fəaliyyəti ilə doğruldur. Dövlətçiliyin möhkəmlənməsi, müstəqilliyin əbədiliyi naminə qüvvələri eyni məqsəd naminə birləşdirən YAP fəaliyyətini xalqın istək və arzularına uyğun müəyyənləşdirir: Azərbaycan daha da qüdrətlənməli, insanların həyat səviyyəsi yüksəlməli, sabitlik, davamlı inkişaf əsas prinsip kimi diqqətdə saxlanılmalı, ölkəmizin dünya birliyində mövqeyi möhkəmlənməlidir. Ən çətin dövrlərdə yeganə ümid yeri kimi Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsini nicat yolu seçən xalq sonrakı dövrlərdə yanılmadığını Ulu Öndərin siyasi məktəbini davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi dəstəkləməklə bildirdi. YAP-ın yaranmasını müasir siyasi sistemin formalaşması, təkmilləşməsi kimi dəyərləndirən və gələcəyə böyük ümid yaradan partiyanın keçdiyi yola nəzər salan Prezident, YAP Sədri İlham Əliyevin bildirdiyi kimi, təşkilatın əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlikdir.
Yeni Azərbaycan Partiyasına milyonların sevgisini qazandıran əsas amillərdən biri adının Ulu Öndər Heydər Əliyev ilə bağlı olmasıdır. Bu gün partiyanın sıralarında yüz minlərlə üzv birləşib. Azərbaycanın uğurlarının bələdçisi olmaqla yanaşı, hər birində öz payı olan Yeni Azərbayan Partiyası yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də ölkəmizin mövqeyinin möhkəmlənməsinə öz töhfələrini verir. YAP Proqramında əksini tapan bütün hədəflərə nail olub. Yeganə məsələ Qarabağ münaqişəsinin həlli idi ki, 6 il bundan əvvəl dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində ərazi bütövlüyümüz bərpa olundu. Tarixi Zəfərimiz bölgədə və dünyada reallıqlar yaratdı. Həmçinin ölkə daxilində də bu reallıqlar bütün sahələrdə islahatlara yol açdı. YAP-ın VII qurultayının keçirilməsini zəruri edən məhz Qələbəmizin yaratdığı reallıqlar, eyni zamanda, yeni dövrün bütün məsələlərini özündə ehtiva edən yeni Nizamnamənin qəbulu və Proqramın təsdiq olunması oldu. Partiyanın yeni Proqramı YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmişdir. Proqram 5 fəsildən ibarətdir: “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya”.
Partiyanın strateji hədəflərinə gəldikdə isə bunlar “Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Şəffaflığın artırılması”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, “Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, “Vətəndaş həmrəyliyinin təminatı”, “Milli maraqlar və xarici siyasət”, “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış”dır.
Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühiti daim təşviq edir. Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir.

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2026