Eltun Süleymanov:" Azərbaycan–Vyetnam dostluğu tarixi köklərdən strateji tərəfdaşlığa uzanan yoldur"
Tarix: 20-11-2026 | Saat: 10:47
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə iki ölkə arasında münasibətlərin keçdiyi tarixi yolu, müasir siyasi dialoqun məzmununu və gələcək əməkdaşlığın əsas istiqamətlərini əhatə edən mühüm siyasi mesajlarla zəngindir. Dövlət başçısının qarşıdakı rəsmi səfər ərəfəsində səsləndirdiyi fikirlər Azərbaycan–Vyetnam əlaqələrinin sadəcə ənənəvi dostluq münasibətləri ilə məhdudlaşmadığını, yeni geosiyasi və iqtisadi reallıqlar şəraitində strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini göstərir.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, bu münasibətlərin özünəməxsusluğu, ilk növbədə, onun möhkəm tarixi təməllərə söykənməsindədir. Cənab Prezident İlham Əliyevin müsahibədə xüsusi minnətdarlıqla xatırlatdığı 1959-cu il hadisəsi-Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri iki xalqın dostluq tarixində mühüm başlanğıc nöqtəsidir. Bu əlaqələrin inkişafında 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri isə ayrıca əhəmiyyət daşıyır. Həmin səfərin səkkiz gün davam etməsi, ölkənin əsas regionlarını əhatə etməsi və əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına əməkdaşlıq imkanları açmış, gələcək münasibətlərin istiqamətlərini müəyyənləşdirmişdi. Burada diqqətçəkən mühüm məqam ondan ibarətdir ki, Azərbaycan–Vyetnam münasibətlərinin tarixi iki böyük siyasi xadimin adı ilə bağlıdır. Ho Şi Minin Azərbaycana səfəri və Heydər Əliyevin Vyetnama göstərdiyi diqqət xalqlar arasında qarşılıqlı hörmətin, etimadın və dostluğun formalaşmasına xidmət edib. Bu tarixi irs sonrakı dövrlərdə də dövlətlərarası münasibətlərin inkişafı üçün etibarlı mənəvi-siyasi zəmin yaradıb. Müstəqillik illərində Azərbaycan bu ənənəni yeni dövlətçilik və xarici siyasət reallıqlarına uyğun şəkildə davam etdirib. Cənab Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri siyasi dialoqun davamlılığını təmin edən mühüm hadisələr olub. Lakin münasibətlərin inkişafında 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri xüsusi mərhələ təşkil etdi. Səfər çərçivəsində qəbul edilən Strateji tərəfdaşlıq haqqında Birgə Bəyanat iki ölkənin əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəldən siyasi sənəd kimi diqqət çəkir. Bu sənədin əhəmiyyəti yalnız münasibətlərin statusunun müəyyənləşdirilməsi ilə bitmir. Onun əsas mahiyyəti energetikadan investisiyalara, müdafiədən kibertəhlükəsizliyə qədər geniş sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün siyasi və institusional zəmin yaratmasıdır. Başqa sözlə, uzun illər ərzində formalaşmış dostluq münasibətləri artıq daha geniş və konkret əməkdaşlıq gündəliyi ilə tamamlanır. Cənab Prezidentin müsahibəsində xüsusi yer tutan məsələlərdən biri siyasi dialoqun yalnız dövlət başçıları səviyyəsində deyil, müxtəlif institusional mexanizmlər vasitəsilə də inkişaf etməsidir. Hökumətlərarası komissiyaların, müvafiq dövlət qurumlarının, parlamentlərarası dostluq qruplarının fəaliyyəti bu münasibətlərin sistemli xarakter aldığını göstərir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq da siyasi əlaqələrin mühüm istiqamətlərindən biridir.
Azərbaycan və Vyetnamın beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti münasibətlərin digər mühüm tərəfidir. BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər platformalarda qurulan əməkdaşlıq hər iki ölkənin beynəlxalq məsələlərə dair dialoqunu genişləndirir. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Vyetnamın göstərdiyi dəstək, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi tutduğu mövqe ölkəmiz üçün əhəmiyyətli siyasi məna daşıyır. Cənab Prezidentin bu dəstəyə görə Vyetnama minnətdarlıq bildirməsi dövlətlərarası münasibətlərdə qarşılıqlı etimadın və beynəlxalq hüquq prinsiplərinə hörmətin əhəmiyyətini bir daha önə çıxarır.
Müsahibənin mühüm siyasi məzmununu təşkil edən digər məsələ humanitar əlaqələrdir. Çünki dövlətlər arasında dostluğun davamlılığı yalnız rəsmi sənədlər və diplomatik görüşlərlə deyil, xalqların bir-birini tanıması, mədəniyyətinə, tarixinə və mənəvi dəyərlərinə hörmət etməsi ilə də möhkəmlənir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar layihələr, Ha Giang əyalətində ibtidai məktəbin tikintisi, təhsil müəssisələrinə göstərilən dəstək bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri də humanitar münasibətlərin genişləndirilməsinə xidmət edən mühüm hadisə kimi yadda qalıb. Beləliklə, cənab Prezident İlham Əliyevin VNA-ya müsahibəsi Azərbaycan–Vyetnam münasibətlərinin tarixi varisliyini və müasir inkişaf istiqamətlərini vahid mənzərədə təqdim edir. Bir tərəfdə Ho Şi Min və Ulu Öndər Heydər Əliyev kimi tarixi şəxsiyyətlərin yaratdığı dostluq ənənəsi, digər tərəfdə isə To Lamın 2025-ci il səfəri ilə rəsmiləşən strateji tərəfdaşlıq dayanır. Bu iki mərhələni birləşdirən əsas xətt qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və ortaq maraqlardır-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2026
19-11-2026