Mobil versiya
Azərbaycan millisi Andorranı məğlub etdi: Emin Mahmudov yığma ilə vidalaşdı
Tarix: 16-11-2026 | Saat: 23:36
Bölmə:İdman | çapa göndər

Azərbaycan millisi Andorranı məğlub etdi: Emin Mahmudov yığma ilə vidalaşdı


Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Andorra yığmasına qalib gəlib.

aia.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibini 1:3 hesabı ilə məğlub edib.


Enkamp şəhərində keçirilən qarşılaşmada millimizin qollarını Eşqin Əhmədov (2), Musa Qurbanlı (47) və Toral Bayramov (70, penaltidən) vurublar. Ev sahiblərinin heyətində isə Rikard Fernandеs (55) fərqlənib.

Bu, kapitan Emin Mahmudov üçün Azərbaycan millisində sonuncu - 66-cı oyun olub.

Xatırladaq ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqası çərçivəsində səfərdə Lixtenşteyn yığmasını 1:0 hesabı ilə məğlub edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2026