Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ
Tarix: 16-11-2026 | Saat: 14:39
Bölmə:Siyasət | çapa göndər

2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb. Sənəd iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın genişləndirilməsi və əlaqələrin yeni mərhələyə yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Birgə Bəyannamə Azərbaycan ilə Böyük Britaniya arasında uzunmüddətli münasibətlərə, 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə, eləcə də 1998-ci il iyulun 21-də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanır. Bu sənəd iki dövlət arasında mövcud siyasi dialoqun, qarşılıqlı etimadın və əməkdaşlıq ənənələrinin davamlı xarakter daşıdığını bir daha nümayiş etdirir.
Bəyannamədə tərəflərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə və normalarına, dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlə bağlı öhdəlikləri xüsusi vurğulanır. Sənəddə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, eləcə də 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların əhəmiyyəti xüsusi qeyd edilir.
Böyük Britaniya regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın və Ermənistanın səylərinə ikitərəfli dialoq vasitəsilə dəstəyini bir daha təsdiqləyir. Bu məqam Azərbaycanın Cənubi Qafqazda sülh gündəliyinin irəlilədilməsi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq tərəfdaşlıq müstəvisində də əhəmiyyətini göstərir.
Birgə Bəyannamədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Tərəflər regional sülh və sabitliyin möhkəmləndirilməsi, mövcud və potensial təhlükələrə qarşı birgə fəaliyyət imkanlarının artırılması, müdafiə sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi və təhlükəsizlik çağırışlarına çevik cavab verilməsi istiqamətində əməkdaşlığı inkişaf etdirmək niyyətlərini ifadə ediblər. Bu çərçivədə hərbi təlimlər, kadr potensialının artırılması, müdafiə sənayesi sahəsində mümkün birgə təşəbbüslər, hüquq-mühafizə orqanları arasında əlaqələrin gücləndirilməsi, sərhəd idarəçiliyi və məhkəmə-hüquq sahəsində əməkdaşlıq da nəzərdə tutulur.
Sənədin mühüm istiqamətlərindən biri də iqtisadiyyat, ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsidir. Tərəflər davamlı, inklüziv və şaxələndirilmiş iqtisadi artımın təmin olunması, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və biznes əlaqələrinin gücləndirilməsi istiqamətində əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.
Bəyannamədə Azərbaycanın beynəlxalq nəqliyyat və logistika imkanları baxımından strateji əhəmiyyət daşıyan Orta Dəhlizin inkişafına da xüsusi diqqət yetirilir. Tərəflər regional və beynəlxalq bağlantıların genişləndirilməsini, nəqliyyat, logistika və infrastruktur layihələrinin dəstəklənməsini, sərhədyanı ticarət və investisiya imkanlarının artırılmasını vacib hesab edirlər. Bu əməkdaşlıq Azərbaycanın Şərq-Qərb nəqliyyat marşrutunda tranzit və logistika mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi, eləcə də regionun beynəlxalq iqtisadi əlaqələrə daha sıx inteqrasiyası baxımından əhəmiyyətlidir.
Enerji sahəsində əməkdaşlıq da sənəddə prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Tərəflər bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyələşdirmə, aşağı karbonlu texnologiyaların tətbiqi və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində birgə fəaliyyət imkanlarını genişləndirməyi nəzərdə tuturlar. Eyni zamanda, iqlim dəyişikliklərinə qarşı dayanıqlılığın artırılması və karbon emissiyalarının azaldılması istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi qarşıya qoyulan məqsədlər sırasındadır.
Maliyyə və kapital bazarları sahəsində əməkdaşlığın dərinləşdirilməsi, kiçik və orta biznesin inkişafına dəstək, investisiya mühitinin yaxşılaşdırılması və yaşıl maliyyələşdirmə imkanlarının genişləndirilməsi də Bəyannamədə öz əksini tapıb. Bu istiqamətdə müvafiq dövlət qurumları və maliyyə institutları arasında təcrübə və bilik mübadiləsinin aparılması nəzərdə tutulur. Həmçinin Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iki ölkə arasında iqtisadi, ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsində əsas mexanizmlərdən biri kimi roluna xüsusi əhəmiyyət verilir.
Strateji Tərəfdaşlıq Bəyannaməsinin əhatə etdiyi digər mühüm istiqamət təhsil, elm, innovasiya və rəqəmsal transformasiyadır. Sənəddə bu sahələr uzunmüddətli iqtisadi inkişafın, məhsuldarlığın və sosial rifahın əsas amilləri kimi qiymətləndirilir. Tərəflər ali təhsil, peşə təhsili, rəqəmsal və texniki bacarıqların inkişafı, dövlət sektoru üzrə təlim və kadr hazırlığı sahələrində əməkdaşlığın genişləndirilməsini vacib hesab edirlər. Xüsusilə süni intellekt, rəqəmsal idarəetmə, innovasiya ekosistemi və yeni texnologiyalar sahəsində təcrübə mübadiləsinin aparılması, universitetlər, elmi-tədqiqat institutları və sənaye müəssisələri arasında tərəfdaşlıqların qurulması nəzərdə tutulur. Bu əməkdaşlıq müasir əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması, innovativ iqtisadiyyatın formalaşdırılması və hər iki ölkənin texnoloji potensialının artırılması baxımından mühüm perspektivlər açır.
Bəyannamədə xalqlar arasında birbaşa əlaqələrin inkişafına da xüsusi önəm verilir. Tərəflər mədəni münasibətlərin, insanlararası mübadilələrin, peşəkar şəbəkələrin və vətəndaş cəmiyyətləri arasında qarşılıqlı anlaşmanın gücləndirilməsini dəstəkləyirlər. Bu yanaşma strateji tərəfdaşlığın yalnız siyasi və iqtisadi müstəvidə deyil, eyni zamanda humanitar və ictimai sahələrdə də möhkəmləndirilməsinə xidmət edir.
Ümumilikdə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi sənəddir. Müdafiə və təhlükəsizlikdən iqtisadiyyata, energetikadan nəqliyyata, təhsildən rəqəmsal innovasiyalara qədər geniş sahələri əhatə edən bu sənəd qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın daha sistemli və uzunmüddətli xarakter almasına zəmin yaradır.
Bəyannamə Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin şaxələndirilməsi, regional və qlobal iqtisadi proseslərdə rolunun gücləndirilməsi, eləcə də milli maraqlara əsaslanan çoxşaxəli xarici siyasətinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Ramil Orucov
Abşeron rayonu Hökməli bələdiyyəsinin sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2026