Adəm İsmayıl Bakuvi:"Dublin Bəyannaməsi Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir"
Tarix: 16-11-2026 | Saat: 16:44
Bölmə:Siyasət | çapa göndər

Dövlətlər arasında münasibətlərin dayanıqlılığı təkcə siyasi təmasların və diplomatik dialoqun səviyyəsi ilə müəyyən olunmur. Bu münasibətlərin möhkəmliyi eyni zamanda iqtisadi əməkdaşlığın miqyası, qarşılıqlı investisiya imkanları, elmi-texnoloji əlaqələrin inkişafı və xalqlar arasında yaranan qarşılıqlı etimadla sıx bağlıdır. Bu mənada 2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyən edən və yeni imkanlar açan mühüm siyasi sənəd kimi xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi bildirib.
Partiya sədri qeyd edib ki bəyannamənin əsas üstünlüklərindən biri iqtisadi münasibətlərin yalnız ənənəvi ticarət dövriyyəsi və investisiya fəaliyyəti ilə məhdudlaşdırılmamasıdır. Sənəddə iqtisadiyyatın diversifikasiyası, innovativ inkişaf, yaşıl enerji, maliyyə bazarları, nəqliyyat və logistika, rəqəmsallaşma, təhsil və elmi araşdırmalar vahid strateji əməkdaşlıq çərçivəsinin vacib istiqamətləri kimi müəyyən edilir. Bu yanaşma tərəflərin ikitərəfli əlaqələrin inkişafına uzunmüddətli perspektivlər və qarşılıqlı maraqlar əsasında yanaşdığını nümayiş etdirir. Azərbaycanın iqtisadi siyasətində xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkə iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsi və qabaqcıl texnologiyaların tətbiqi prioritet istiqamətlər sırasındadır. Böyük Britaniya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi də qeyd olunan məqsədlərin həyata keçirilməsi üçün əlavə imkanlar formalaşdırır. Bəyannamədə ticarət və investisiya münasibətlərinin daha da genişləndirilməsi, dayanıqlı və çoxşaxəli iqtisadi inkişafın təşviqi başlıca vəzifələrdən biri kimi önə çəkilir. Xüsusilə bərpaolunan enerji, infrastruktur və xidmətlər sektorunda uzunmüddətli biznes əlaqələrinin qurulması, qarşılıqlı təcrübə və bilik mübadiləsinin aparılması, eləcə də şirkətlər arasında əməkdaşlığın gücləndirilməsi mühüm yer tutur. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, nəzərdə tutulan tərəfdaşlıq yalnız maliyyə vəsaitlərinin yatırılması ilə kifayətlənmir, eyni zamanda yeni məşğulluq imkanlarının yaradılmasını, peşəkar kadr potensialının artırılmasını və iqtisadiyyatda əlavə dəyərin formalaşdırılmasını da əhatə edir. Bu isə iqtisadi əməkdaşlığın daha müasir və səmərəli modelinin yaranmasına xidmət edir. Müasir iqtisadi şəraitdə investisiyaların effektivliyi yalnız qoyulan kapitalın həcmi ilə deyil, onların ölkəyə gətirdiyi yeni texnologiyalar, bilik və bacarıqlar, idarəetmə təcrübəsi, eləcə də insan kapitalının inkişafına göstərdiyi təsirlə qiymətləndirilir. Bəyannamədə xüsusi yer verilən məsələlərdən biri də Orta Dəhlizin inkişafının dəstəklənməsidir. Azərbaycanın strateji coğrafi mövqeyi, yaradılmış müasir nəqliyyat infrastrukturu və regional bağlantıların gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı layihələr ölkəmizin beynəlxalq logistika şəbəkəsindəki əhəmiyyətini getdikcə artırır. Şərq və Qərb arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi yalnız daşımaların daha operativ həyata keçirilməsi baxımından deyil, həm də yeni iqtisadi və ticarət imkanlarının yaranması, investisiya axınının genişlənməsi, regional inteqrasiyanın dərinləşməsi və dövlətlər arasında qarşılıqlı faydalı münasibətlərin möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Böyük Britaniyanın Orta Dəhlizin inkişafına dəstək göstərməsi Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün mühüm perspektivlər yaradır.
Enerji sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi də Birgə Bəyannamədə müəyyənləşdirilən əsas əməkdaşlıq istiqamətlərindən biridir. Azərbaycan uzun müddətdir Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş mövqeyini qoruyub saxlayır. Ölkəmizin zəngin enerji ehtiyatları, formalaşdırdığı infrastruktur və beynəlxalq enerji layihələrinin həyata keçirilməsi sahəsində topladığı təcrübə bu mövqenin daha da güclənməsinə imkan verib. Sənəddə alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyə mexanizmləri, aşağı karbon emissiyalı texnologiyaların tətbiqi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və sıfır emissiya məqsədlərinə nail olunması istiqamətində əməkdaşlığın nəzərdə tutulması da mövcud imkanlarla birbaşa əlaqəlidir. Eyni zamanda, maliyyə və kapital bazarları sahəsində əlaqələrin inkişafına xüsusi diqqət ayrılması mühüm məqamdır. Uzunmüddətli investisiyaların cəlb olunması, ticarətin maliyyələşdirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, yaşıl maliyyə imkanlarının genişləndirilməsi milli iqtisadiyyatın rəqabət gücünün artırılması üçün vacib amillər hesab olunur. Bu istiqamətdə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə xüsusi əhəmiyyət verilməsi də diqqətəlayiqdir. Komissiyanın investisiya, iqtisadiyyatın şaxələndirilməsi, Orta Dəhliz və enerji sahəsində birgə təşəbbüslərin əlaqələndirilməsi və irəli aparılması üçün əsas institusional platforma kimi müəyyənləşdirilməsi sənəddə nəzərdə tutulan hədəflərin konkret nəticələrə çevrilməsi baxımından mühüm əsas yaradır. Bununla yanaşı, müasir strateji tərəfdaşlığın vacib istiqamətlərindən biri də insan resurslarının və intellektual potensialın inkişaf etdirilməsidir. Bəyannamədə təhsil, elmi fəaliyyət, tədqiqat və innovasiyaların uzunmüddətli iqtisadi rifahın, əmək məhsuldarlığının və cəmiyyətin dayanıqlılığının əsas şərtləri kimi qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ali və peşə təhsili, rəqəmsal və texniki biliklərin artırılması, dövlət sektorunda təlim proqramları, həmçinin süni intellekt və rəqəmsal idarəetmə sahələrində təcrübə mübadiləsinin təşviqi iki ölkə arasındakı əməkdaşlığa yeni məzmun qazandırır. Universitetlər, elmi-tədqiqat mərkəzləri və sənaye müəssisələri arasında əlaqələrin genişləndirilməsi elmi potensialın iqtisadi inkişaf proseslərinə daha fəal cəlb olunması üçün geniş imkanlar açır. Xüsusilə süni intellekt, yeni texnoloji həllər və həyat elmləri sahəsində birgə fəaliyyətin təşviqi müasir dünyanın çağırışlarına uyğun strateji yanaşma kimi dəyərləndirilə bilər. Bəyannamədə insanlar arasında təmasların, mədəni əlaqələrin və peşəkar əməkdaşlıq şəbəkələrinin genişləndirilməsinə də yer ayrılması tərəfdaşlığın humanitar istiqamətini gücləndirir. Çünki dövlətlərarası əlaqələrin uzunmüddətli və etibarlı xarakter alması yalnız siyasi və iqtisadi maraqlardan deyil, həm də xalqların bir-birini daha yaxından tanımasından, qarşılıqlı anlaşmanın möhkəmlənməsindən və vətəndaş cəmiyyətləri arasında birbaşa münasibətlərin inkişafından asılıdır.
Mühasibimiz sonda bildirib ki, Dublin şəhərində imzalanan Birgə Bəyannamə Azərbaycan ilə Böyük Britaniya arasındakı münasibətləri ənənəvi diplomatik əlaqələr səviyyəsindən daha geniş müstəviyə çıxararaq iqtisadiyyat, enerji, nəqliyyat, maliyyə, təhsil və innovasiya sahələrini əhatə edən çoxşaxəli strateji tərəfdaşlıq modelinin formalaşmasına istiqamət verir. Sənədin mühüm cəhəti gələcək üçün müəyyənləşdirilmiş hədəflərin konkret əməkdaşlıq sahələri və institusional mexanizmlərlə uzlaşdırılmasıdır. Növbəti mərhələdə əsas məsələ razılaşdırılmış istiqamətlərin sistemli şəkildə reallaşdırılması, əldə olunan razılaşmaların real təşəbbüslərə, həmin təşəbbüslərin isə hər iki dövlətin sosial-iqtisadi inkişafına fayda verən nəticələrə çevrilməsidir. Çünki əsl strateji tərəfdaşlıq yalnız iqtisadi maraqların üst-üstə düşməsi ilə ölçülmür, eyni zamanda bilik, təcrübə, texnoloji imkanlar və inkişaf potensialının qarşılıqlı paylaşılmasını da özündə birləşdirir. Azərbaycan-Böyük Britaniya münasibətlərinin yeni mərhələsi məhz bu baxımdan geniş əməkdaşlıq imkanları və uzunmüddətli inkişaf perspektivləri vəd edir-deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2026