Həbib Nurməhəmmədov işə qarışdı – Usmanın həbsdən azad edildiyi bildirilir
Tarix: 16-11-2026 | Saat: 20:44
Bölmə:Özəl | çapa göndər

UFC-nin keçmiş çempionu Həbib Nurməhəmmədovun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmiləri ilə apardığı danışıqlar nəticəsində əmisi oğlu Usman Nurməhəmmədovun həbsdən azad edildiyi iddia olunur.
Bu barədə Rusiyanın “Mash na sporte” nəşri məlumat yayıb.
Məlumata görə, Həbib Nurməhəmmədov əmisi oğlunun saxlanılmasından sonra məsələnin həlli üçün əvvəlcə UFC prezidenti Dana Uayta müraciət edib. Lakin Uaytın BƏƏ qanunvericiliyini əsas gətirərək prosesə müdaxilə etməkdən imtina etdiyi bildirilir.
Bundan sonra keçmiş UFC çempionunun birbaşa Birləşmiş Ərəb Əmirliklərinin rəsmi şəxsləri ilə əlaqə saxladığı iddia olunur.
Nəşrin yazdığına görə, aparılan danışıqlar nəticəsində hadisə ilə əlaqədar saxlanılan şəxslərin mərhələli şəkildə azad olunması barədə razılıq əldə edilib.
İddialara əsasən, Usman Nurməhəmmədov artıq sərbəst buraxılıb. Bununla yanaşı, insidentdə iştirak edən şəxslərin baş verənlərlə bağlı ictimai açıqlama verməyəcəklərinə dair təminat alındığı bildirilir.
Xatırladaq ki, yayılan əvvəlki məlumatlarda noyabrın 13-də Əbu-Dabidə Usman Nurməhəmmədovla UFC döyüşçüsü Merab Dvalişvili arasında münaqişə yaşandığı qeyd olunurdu.
Həmin məlumatlara görə, hadisədən sonra Usman Nurməhəmmədov barəsində altı aylıq həbs cəzası tətbiq edilib, daha yeddi nəfər saxlanılıb və insident iştirakçıları yüksək məbləğdə cərimələniblər.
Merab Dvalişvilinin isə hadisə baş verən gün sərbəst buraxıldığı bildirilirdi.
Hazırda Usman Nurməhəmmədovun azad edilməsi və Həbib Nurməhəmmədovun danışıqlarda iştirakı barədə məlumatlar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Hadisənin hüquqi nəticələri və saxlanılan digər şəxslərin vəziyyəti ilə bağlı da əlavə rəsmi açıqlama yoxdur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2026